bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 6
Hosea 6
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
«Gəlin Rəbbə qayıdaq.O bizi parçaladı,O da bizə şəfa verəcək.O bizi yaraladı,O da yaramızı sarıyacaq.
2
İki gün sonra bizi dirildəcək,Üçüncü gün ayağa qaldıracaq,Onun hüzurunda yaşayacağıq.
3
Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək.O hökmən dan yeri kimi doğacaq,Yağış kimi,Torpağı sulayan yaz yağışı kimiYanımıza gələcək».
4
Allah deyir:«Ey Efrayim, sənə nə edim?Ey Yəhuda, bəs sənə nə edim?Çünki məhəbbətiniz səhər dumanı,Erkən uçub gedən şeh kimidir.
5
Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım,Ağzımdan çıxan sözlərlə öldürdüm.Sizin üzərinizdə hökmümŞimşək kimi parıldayır.
6
Çünki Mən qurban deyil,Məhəbbət istəyirəm.Yandırma qurbanlarından çoxAllahı tanımağınızı istəyirəm.
7
Ancaq onlar Adəm kimi əhdi pozdu,Orada Mənə xəyanət etdi.
8
Gilead şər adamların şəhəridir,Qan izləri ilə doludur.
9
Quldur dəstələri necə insan üçün pusquya yatırsa,Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür,Bəli, xəbislik edir.
10
İsrail nəslində qorxunc bir şey gördüm,Efrayim fahişəliyə batmış,İsrail murdarlanmışdır.
11
Ey Yəhuda, sənin üçün dəBir biçin günü təyin edildi.Mən xalqımı sürgündən qaytaranda,
← Chapter 5
Chapter 7 →