bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 8
Hosea 8
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Şeypur çalmağa hazırlaş!Rəbbin evinin üzərinəDüşmən qartal kimi hücum çəkir.Çünki İsraillilər Mənim əhdimi pozdu,Mənim qanunuma qarşı çıxdı.
2
Onlar Mənə fəryad edib deyəcək:“Allahım, biz İsraillilər Səni tanıyırıq”.
3
İsrail yaxşılığı rədd etdi,Düşmən onu təqib edəcək.
4
Məndən soruşmadanÖzlərinə padşah qoydular.Məndən xəbər almadanBaşçılar seçdilər.Özlərinə qızıl və gümüşlərindənÖlümlərinə yol açanBütlər düzəltdilər.
5
Ey Samariya, dana bütün rədd edildi!Mənim qəzəbim onlara qarşı alovlandı.Nə vaxta qədər onlar pak olmayacaq?
6
Çünki bu büt İsrailin işidir,Usta onu düzəldib,Ona görə də Allah deyil.Samariyadakı dana bütüXıncım-xıncım olacaq.
7
Onlar külək qaldırdı,Qasırğa alacaqlar.Sünbül bitirməyən buğda un verməz,Versə də, yadlar onu udacaq.
8
İsrail udulmuşdur,İndi onlar millətlər arasındaHeç kəsin bəyənmədiyi bir qab kimi oldu.
9
Onlar tənha gəzən vəhşi eşşək kimiAşşur tərəfə getdi.Efrayim muzdla özünə oynaşlar tutdu.
10
Onlar millətlər arasında muzdla oynaş tutsalar da,Mən indi onları bir yerə toplayacağam.Onlar qüdrətli padşahın zülmündənAzalmağa başlayacaq.
11
Efrayim günah təqdimi üçünÇoxlu qurbangah tiksə də,Bunlar onu günaha batıran qurbangahlar oldu.
12
Mən onlar üçün çoxlu qanun yazdım,Onlarsa bunları yad bir şey hesab etdi.
13
Mənə kəsilən qurbanlara gəlincə,Əti Mənə qurban gətiribÖzləri yeyir.Rəbb onlardan razı deyil.İndi onların qəbahətlərini yada salacaq,Günahlarına görə onları cəzalandıracaq.Onlar Misirə qayıdacaq.
14
İsrail də Yaradanını unutdu,Özünə saraylar qurdu.Yəhuda da çoxlu qalalı şəhər tikdi,Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm,Qalalarını alov yeyəcək.
← Chapter 7
Chapter 9 →