bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 11
Hosea 11
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
İsrail uşaq ikən onu sevdim,Öz oğlumu Misirdən çağırdım.
2
Peyğəmbərlər İsraili çağırdıqcaİsrail onlardan uzaqlaşdı.Baal bütlərinə qurban kəsdilər,Oyma bütlərə buxur yandırdılar.
3
Efrayimə gəzməyi Mən öyrətdim,Onları qollarım üstünə aldım.Ancaq bilmədilər ki,Onlara Mən şəfa verdim.
4
Onları insani tellərlə,Sevgi bağları ilə Özümə çəkdim.Onlar üçün çənələrindən boyunduruğu qaldıranBir kəs oldum,Əyilib onlara yemək verdim.
5
Məgər Misirə qayıtmayacaqlar?Aşşur onlara padşah olmayacaq?Çünki onlar Mənə üz tutmaq istəmədilər.
6
Şəhərlərinin içində qılınc fırlanacaq,Onların qapı sürgülərini qıracaq.Fitnələri üzündən onları yeyib-qurtaracaq.
7
Xalqım Məndən üz döndərməyi qərara alıb.Haqq-Taalanı çağırsalar da,Onları heç vaxt ucaltmayacaq.
8
Ey Efrayim, səni necə əldən verim?Ey İsrail, səni necə təslim edim?Admaya etdiyimi sənə necə edim?Səni necə Sevoyim kimi edim?Köksümdə ürəyim alt-üst oldu,Mərhəmət hisslərim alovlandı.
9
Mən qızğın qəzəbimlə rəftar etmərəm,Efrayimi artıq məhv etmərəm.Çünki Mən Allaham, insan deyiləm,Aranızda Müqəddəs Olanam.Qəzəblə üzərinizə gəlmərəm.
10
Onlar aslan kimi nərə çəkənRəbbin arxasınca gedəcək.O nərə çəkəndəÖvladları qərbdən titrəyərək gələcək.
11
Misirdən quşlar kimi,Aşşur ölkəsindən göyərçinlər kimiTitrəyərək gələcəklər.Onları evlərində sakin edəcəyəm»Rəbb belə bəyan edir.
12
Efrayim yalanla, İsrail nəsli hiylə iləƏtrafımı bürüdü.Amma Yəhuda hələ də Allahla birgə gedir,Müqəddəs Olana sadiqdir.
← Chapter 10
Chapter 12 →