bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 12
Hosea 12
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Efrayim yellə bəslənir,Bütün gün şərq küləyinin dalınca düşür.Yalanı, qoluzorluluğu artırır.Aşşurla saziş bağlayır,Misirə zeytun yağı göndərir.
2
Yəhuda ilə Rəbbin davası var,Yaqubu getdiyi yola görə cəzalandıracaq,Əməllərinə görə əvəz verəcək.
3
O hələ ana bətnində ikənQardaşının topuğundan tutdu,Böyüklük çağında Allahla güləşdi.
4
Mələklə güləşib ona üstün gəldi,Ağlayaraq Ondan xeyirxahlıq istədi.Allah onu Bet-Eldə tapdı.
5
Ordular Allahı RəbbBizimlə orada danışdı.Onun adı «Rəbb»dir.
6
Buna görə də sən Allahına üz tut,Məhəbbətə, ədalətə bağlan,Daim Allahına ümid bağla.
7
Efrayim tacirdir,Əlindəki aldadıcı tərəzi iləAldatmağı sevir.
8
Efrayim deyir:«Doğrudan da, mən varlandım,Özüm üçün sərvət topladım.Çoxlu şeylər qazansam da,Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».
9
«Ancaq səni Misir torpağından çıxaranAllahın Rəbb Mənəm.Bayram günlərində olduğu kimiSəni yenə öz çadırlarında məskunlaşdıracağam.
10
Mən peyğəmbərlərlə danışdım,Çoxlu görüntü göndərdim,Peyğəmbərlərin dilindən məsəllər söylədim».
11
Gilead xalqı pis xalqdır,Doğrudan da, yaramazdır.Qilqalda buğaları qurban kəsirlər.Onların qurbangahlarıŞumlanmış tarladakı daş qalaqları kimidir.
12
Yaqub Aram torpağına qaçdı,İsrail arvad üçün qul oldu,Arvada görə qoyun otardı.
13
Rəbb İsraili bir peyğəmbər vasitəsiləMisirdən çıxartdı,Bir peyğəmbər vasitəsilə qorudu.
14
Efrayim Allahı bərk qəzəbləndirdi,Tökdüyü qanı öz başına gətirəcək,Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.
← Chapter 11
Chapter 13 →