bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 10
Hosea 10
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
İsrail bir qollu-budaqlı meynədir ki,Bol-bol bar gətirir.Ancaq barı artdıqcaQurbangahları da artırdı.Torpağı bərəkətli olduqcaDaha gözəl olan müqəddəs daşları da düzəltdi.
2
Onların ürəkləri yalanla doldu,Günahlarına görə də cəzalanacaqlar.Rəbb onların qurbangahlarını dağıdacaq,Müqəddəs daşlarını sındıracaq.
3
Onda onlar deyəcək:«Bizim padşahımız yoxdur,Çünki biz Rəbdən qorxmadıq.Padşahımız olsa da,Bizə nə edəcəkdi?»
4
Əhd bağlayanda boş vədlər verir,Yalandan and içirlər.Buna görə də məhkəmə işləriŞumlanmış tarladakı zəhərli ot kimi böyüyür.
5
Samariya sakinləriBet-Avendəki dana bütlərinə görəQorxuya düşəcək.Onun üçün xalqı yas tutacaq.Onun calalı ilə coşan kahinləriSürgünə aparıldığı üçün ağlayacaq.
6
Büt özü Aşşura – böyük padşahaHədiyyə aparılacaq.Efrayim biabır olacaq,İsrail aldığı məsləhətdən utanacaq.
7
Samariya və onun padşahıSu üstündəki çubuq kimiAxıb-gedəcək.
8
İsrailin günahı olanAvendəkisəcdəgahlar yox olacaq,Onun qurbangahlarındaTikan və qanqal bitəcək.O zaman dağlara «Bizi örtün!»,Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.
9
«İsrail Giveada keçirdiyiGünlərdən bəri günah etdi.Orada öz işlərini davam etdirdilər.Şər adamlara qarşı müharibəOnları Giveada yaxalamazmı?
10
Mən istədiyim zamanOnları cəzalandıracağam.Xalqlar onlara qarşı birləşib,İkiqat cinayətlərindən ötrüOnları əsir edəcək.
11
Efrayim əhliləşmiş,Taxıl döyməyi sevən düyəyə bənzər.Mən onun incə boynunu əsirgədim.İndi isə Efrayimi sürdürəcəyəm.Yəhuda yer şumlasın,Yaqub isə dırmıq çəksin.
12
Özünüz üçün salehlik əkin,Məhəbbət bəhərini biçərsiniz.Dincə qoyulmuş torpağınızı şumlayın,Çünki Rəbbi axtarmaq vaxtıdır.Nəhayət, O gəlib üstünüzəSalehliyin nemətlərini yağdıracaq.
13
Amma siz pislik əkib,Qəbahət biçdiniz.Yalanın bəhərini yediniz.Çünki öz üsulunuza,Çoxlu cəngavərlərinizə güvəndiniz.
14
Xalqınızın içində müharibə gurultusu qopacaq,Bütün qalalarınız dağılacaq,Necə ki Şalman müharibə günündəBet-Arbeli dağıtdı,Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.
15
Ey Bet-El, pisliyinin çoxluğu üzündənSəninlə də belə rəftar ediləcək.Dan ağaranda İsrail padşahı həlak olacaq.
← Chapter 9
Chapter 11 →