bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Zechariah 5
Zechariah 5
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Mən yenə başımı qaldırıb baxanda uçan bir tumar gördüm.
2
Mələk «Nə görürsən?» deyib məndən soruşdu. Mən dedim: «Uçan bir tumar görürəm: onun uzunluğu iyirmi qulac, eni on qulacdır».
3
O dedi: «Bu bütün yer üzünə yağacaq lənətdir. Tumarın bir üzünə yazılanlara görə oğurluq edən hər kəs kəsilib-atılacaq, o biri üzünə yazılanlara görə isə yalandan and içənlər kəsilib-atılacaq.
4
Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi,«Oğrunun evinə və Mənim adımlaYalandan and içən adamın evinə lənət girəcək,O evin içində qalacaq,Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək».
5
Sonra mənimlə danışan mələk yaxınlaşıb dedi: «Başını qaldırıb ortaya çıxan bu şeyin nə olduğunu gör».
6
Mən «Bu nədir?» deyə soruşdum. O cavab verdi: «Bu ortaya çıxan şey bir ölçü qabıdır». Sonra əlavə etdi: «Bu bütün ölkə xalqının təqsiridir».
7
Qabın qurğuşun qapağı qaldırıldı. Qabın içində bir qadın oturmuşdu.
8
Mələk «bu qadın pislikdir» dedi və qadını ölçü qabının içinə atıb üstünə qurğuşun qapağı basdı.
9
Mən başımı qaldırıb baxanda gördüm ki, iki qadın çıxdı, onların qanadlarında külək var idi. Onların da leylək qanadlarına bənzər qanadları var idi. Onlar qabı yerlə göy arasına qaldırdı.
10
Mənimlə danışan mələkdən soruşdum: «Qabı hara aparırlar?»
11
O mənə dedi: «Şinar ölkəsində ona bir ev tikmək üçün oraya aparırlar. Ev hazır olanda qab oraya – öz yerinə qoyulacaq».
← Chapter 4
Chapter 6 →