bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Song of Solomon 8
Song of Solomon 8
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Kaş ki mənə ananın döşlərindən süd əmənBir qardaş kimi olaydın,Küçədə səninlə rastlaşarkən səni öpərdim,Heç kim məni qınamazdı.
2
Qarşına düşəydim, mənə öyüd verənAnamın evinə aparaydım.Şirin şərabdan, narımın şirəsindənSənə içirəydim.
3
Sevgilim sol əlini başımın altına salır,Sağ əli ilə məni qucağına alır.
4
Ey Yerusəlimdəki qızlar, sizi and verirəmDişi ceyranlara, çöldəki marallara!Bizi bu sevgidən oyatmayın, ayıltmayın,Qoy könül istəyənəcən qalsın.
5
Sevgilisinə söykənib çöldən gələnBu gözəl kimdir?Alma ağacı altda səni oyatdım.Sən orada ananın bətninə düşmüsən,Orada anan ağrı çəkib, səni doğub.
6
Məni qəlbinin başında, qolunun üstündəBir möhür kimi saxla.Çünki sevgi ölüm qədər qüvvətlidir,Qısqanclıq ölülər diyarı kimi möhkəmdir,Onun odu alovlanır,O, atəşdir, tamamilə yandırıb-yaxır.
7
Sevgini ümman sular söndürə bilməz,Onu çağlayan çaylar batıra bilməz.Bir insan sevgisi uğrunda var-yoxunu versə belə,Hamı ona xor baxar.
8
Bir kiçik bacımız var,Hələ döşləri çıxmayıb.Bacımıza elçi gələn günOnun üçün nə edək?
9
Əgər o, bir hasar olsaydı,Biz üstünə gümüşdən bürc vurardıq.Əgər o, bir qapı olsaydı,Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq.
10
Mən bir hasaram,Döşlərim qüllələrə oxşar,Ona görə yarımın gözləri məndən razı qalar.
11
Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi,O bu bağı kirayəyə verirdi.Məhsula görə hər kirayə alanOna min parça gümüş gətirməli idi.
12
Mənim də bağım var, onun sahibiyəm,Ey Süleyman, min parça gümüş sənin olsun,İki yüz gümüş kirayə alanlara qalsın.
13
Sən, ey bağçalarda məskən salan gözəl,Dostlar səni dinləyir,Mənə də səsini eşitdir.
14
Ey sevgilim, qaç,Ətir saçan dağların üstündə,Bir ahu, bir maral balası kimi ol.
← Chapter 7