bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Song of Solomon 7
Song of Solomon 7
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey əsilzadə qızı, başmaqlı ayaqların gözəldir,Budlarını sanki heykəltəraş yonub, cəvahirə bənzəyir.
2
Göbəyin cürbəcür şərabların tükənmədiyiDəyirmi piyaləyə bənzəyir.Belin zanbaqlara bürünənBir dəstə sünbülə bənzəyir,
3
Döşlərin cüt ceyran balası kimi,Əkiz maral balası kimi qoşadır.
4
Boynun fil dişi qülləsi kimi gözəldir.Gözlərin Bat-Rabbim darvazası yanındakıXeşbon hovuzuna bənzəyir.Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir.
5
Başın Karmel dağı kimi dik durur,Başındakı tellər tünd qırmızı rəngə çalır,Padşah zülfünün əsiri olur.
6
Nə qəşəngsən, nə şirinsən,Ey məlahətli sevgilim.
7
Qamətin xurma ağacına,Döşlərin salxımlara bənzəyir.
8
Dedim: «Qoy xurma ağacına çıxım,Meyvəli budaqlarından yapışım».Döşlərindən üzüm salxımları kimi dadım,Nəfəsindən alma ətrini duyum.
9
Dodaqların gözəl şərab dadı verir.Bu şərab birbaşa sevgilim üçün tökülsün,Biz yatanların dodaqlarına süzülsün.
10
Mən sevgiliminkiyəm,Onun meyl etdiyi mənəm.
11
Sevgilim, gəl çölə gedək,Kəndlərdə gecələyək.
12
Səhər tezdən üzüm bağlarına gedək,Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi?Narlar çiçəklənibmi? Bunu seyr edək.Qoy orada sevgimi sənə verim.
13
Ey sevgilim, məhəbbət otları ətir saçır,Qapımızın yanında köhnə, təzə – cürbəcür meyvələr var,Sənin üçün saxlanılıb.
← Chapter 6
Chapter 8 →