bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 99
Psalms 99
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin,O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
2
Sionda olan Rəbb əzəmətlidir,O bütün xalqların üzərindədir, yüksəkdədir.
3
Qoy böyük, zəhmli adına şükür etsinlər!O müqəddəsdir!
4
Ey ədalətsevər güclü Padşah,İnsafı bərqərar edən Sənsən,Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
5
Allahımız Rəbbi ucaldın,Ayaqlarına düşüb səcdə qılın,O müqəddəsdir!
6
Onun kahinləri arasında Musa ilə Harun olub,Onun adını çağıranlar arasında Şamuel olub.Onlar Rəbbə yalvararkənO cavab verərdi.
7
Bulud sütununun içindən onlarla danışdı,Onun göstərişlərinə,Onlara verdiyi qaydalarına bağlı qaldılar.
8
Ya Rəbb Allahımız, Sən onlara cavab verdin,Pis əməllərinin cəzasını versən də,Bağışlayan Allah olduğunu onlara göstərdin.
9
Allahımız Rəbbi ucaldın,Müqəddəs dağında Ona səcdə qılın,Çünki Allahımız Rəbb müqəddəsdir!
← Chapter 98
Chapter 100 →