bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 98
Psalms 98
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə yeni bir ilahi oxuyun,Çünki O, xariqələr yaratdı.O, sağ əli ilə,Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
2
Rəbb zəfərini bəyan etdi,Millətlərin gözündə salehliyini aydın göstərdi.
3
İsrail nəslinəGöstərdiyi məhəbbətini və sədaqətini xatırladı.Yer üzünün qurtaracağınadək hər yerdəAllahımızın zəfərini gördü.
4
Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et,Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!
5
Rəbbi lira ilə –Lira ilə, ilahi bir səslə tərənnüm edin!
6
Kərənay, şeypur səsi ilə,Padşah olan Rəbbin hüzurunda cuşa gəlin,Ona nida edin!
7
Qoy dənizin və dənizdəki canlıların,Yer üzü və orada yaşayanların səsi ucalsın.
8
Onun hüzurunda qoy çaylar əl çalsın,Dağlar birgə mədh oxusun!
9
Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir.Yer üzünə ədalətlə,Xalqlara insafla hökm edəcək!
← Chapter 97
Chapter 99 →