bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 96
Psalms 96
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə yeni bir ilahi oxuyun,Ey bütün dünya, Rəbbə ilahi oxuyun,
2
İsminə alqış edin, Rəbbə ilahi oxuyun,Xilaskar olduğunu hər gün müjdələyin.
3
Ehtişamını millətlərə elan edin,Xariqələrini bütün xalqlara bəyan edin!
4
Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir,O bütün allahlardan daha zəhmlidir.
5
Bütün özgə xalqların allahları bütlərdir,Lakin göyləri yaradan Rəbdir.
6
Ehtişam və əzəmət hüzurundadır,Müqəddəs məkanında gözəlliklə qüdrət var.
7
Ey xalqların tayfaları, Rəbbə verin –İzzəti, qüdrəti Rəbbə verin,
8
Adına layiq izzəti Rəbbə verin,Həyətinə girib təqdimlər verin.
9
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin,Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
10
Millətlərə belə elan edin:«Rəbb hökmranlıq edir,O, dünyanı sarsılmaz və möhkəm qurub,O, insafla xalqların hökmünü verəcək».
11
Göylər sevinsin, yer üzü şad olsun,Dənizin və dənizdəki canlıların səsi ucalsın,
12
Çöllər və çöldə yaşayanlar fərəhlənsin,Meşədəki bütün ağaclar mədh söyləsin
13
Rəbbin hüzurunda!O gəlir, dünyanın hökmünü vermək üçün gəlir,Yer üzünün hökmünü ədalətlə,Xalqların hökmünü həqiqətlə verəcək!
← Chapter 95
Chapter 97 →