bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 95
Psalms 95
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Gəlin Rəbbi mədh edək,Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,
2
Şükür edərək hüzuruna gedək,Cuşa gəlib ilahilərlə Ona nida edək!
3
Axı Rəbb böyük Allahdır,Bütün allahlar üzərində əzəmətli Padşahdır.
4
Yerin dərin qatları Onun əlindədir,Həm də dağların zirvələri Onundur,
5
Onunkudur dəniz, Özü yaratmış,Torpağı əlləri qurmuş!
6
Gəlin Ona səcdə edək, əyilək,Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
7
Çünki O, Allahımızdır,Biz Onun otlağının xalqıyıq,Əlinin altındakı sürüsüyük.Əgər bu gün Onun səsini eşitsəniz,
8
«Qoy ürəklərinizMerivada olduğunuz kimi,Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.
9
Orada atalarınız Məni sınadılar,Əməllərimi görsələr də, Məni yoxladılar.
10
Qırx il o nəsildən zəhləm getdi.Dedim: “Onlar azğın ürəkli xalqdır,Yollarımı tanımır”.
11
Buna görə qəzəblənib and içmişəm:“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».
← Chapter 94
Chapter 96 →