bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 76
Psalms 76
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Allah Yəhudada şöhrətlidir,İsraildə Onun adı böyükdür.
2
Çardağı Salemdədir,Məskəni Siondadır.
3
Allah orada alovlu oxları,Qalxan-qılıncı və bütün silahları qırdı.
4
Ey Allah, şərəfli Sənsən,Ulu dağlardan da əzəmətlisən!
5
Cəsur ürəklilər talan oldu,Ölüm yuxusuna daldı,Bütün cəngavərlərin əlləri sustaldı.
6
Ey Yaqubun Allahı, Sənin məzəmmətindənArabaçılar və atlar uyumuş qaldı.
7
Sən zəhmlisən, Sən!Qəzəblənəndə qarşında kim dura bilər?
8
Öz hökmünü göylərdən elan etdin,Yer vahimələndi və səsini kəsdi.
9
Onda, ey Allah, hökm çıxarmaq üçün,Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın.
10
Qəzəbli insanlar belə, Sənə şükür edir,Qəzəbdən qurtulanları Özünə bağlayırsan.
11
Allahınız Rəbbə əhd edin və yerinə yetirin,Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin.
12
O, hökmdarların nəfəsini kəsər,Dünya padşahlarını vahimələndirər.
← Chapter 75
Chapter 77 →