bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 75
Psalms 75
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, biz Sənə şükür edirik,Bizə doğma olan isminə şükür olsun,Xariqələrin bunu bəyan edir!
2
Allah deyir: «Müəyyən etdiyim zamanMən insafla hakimlik edəcəyəm.
3
Yer və üzərindəkilər lərzəyə gələrkənOnu saxlayıb sütunlarından tutan Mənəm.
4
Məğrurlara dedim: “Daha məğrurluq etməyin”,Pislərə dedim: “Gücünüzü göstərməyin,
5
Buynuz çıxartmayın,Dikbaş-dikbaş danışmayın”».
6
İnsanı yüksəltməkNə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.
7
Hökm verən Allah isəHəm alçaldır, həm yüksəldir.
8
Rəbb əlində bir cam tutub,Onu ədviyyatlı, köpüklənən şərabla doldurub.Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq,Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.
9
Mənsə daim bunu elan edəcəyəm,Yaqubun Allahına tərənnüm oxuyacağam.
10
Pis adamların buynuzları qırılacaq,Amma salehlərin qüvvəti artacaq.
← Chapter 74
Chapter 76 →