bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 7
Psalms 7
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Rəbb Allahım, Sənə sığınmışam,Məni bütün təqibçilərimdən qurtar,Məni xilas et.
2
Yoxsa aslan kimi məni parçalayarlar,Xilas edən olmasa, məni didib-dağıdarlar.
3
Ya Rəbb Allahım, əgər günah etmişəmsə,Əllərimdən haqsızlıq gəlibsə,
4
Əgər dostuma xəyanət etmişəmsə,Düşmənimi nahaqdan qarət etmişəmsə,
5
Qoy məni düşmən qovub tutsun,Bədənimi təpik altına salsın,Şərəfimi yerə vursun.
6
Qəzəblə qalx, ya Rəbb,Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl!Mənə görə oyan,Hökmünü bəyan et!
7
Ümmətlər icması Sənin ətrafına yığılsın,Sən onların başı üzərində ucal, hökmünü ver.
8
Rəbb xalqlar üzərində hakimlik edir;Məni mühakimə et, ya Rəbb,Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
9
Pislərin pisliyi sona yetsin,Salehlərsə möhkəmlənsin!Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
10
Allah mənim sipərimdir,Ürəyidüz olanları xilas edir.
11
Allah adil hakimdir,Hər gün haqsızlığa görə hökm verir.
12
Pislər yolundan dönməzsə,O, qılıncını itilər,Ox-kamanını qurar,
13
Onlara qarşı ölüm silahları hazırlayar,Yandırıcı oxları ilə nişan alar.
14
Pislər hiyləyə hamilə olar,Şər üçün ağrı çəkər, yalan doğar.
15
Onlar başqasına quyu qazar, dərinləşdirər,Qazdıqları quyuya özləri düşər.
16
Yamanlıqları öz üstlərinə dönər,Zorakılıqları başlarına düşər.
17
Rəbbə ədalətinə görə şükür edəcəyəm,Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!
← Chapter 6
Chapter 8 →