bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 6
Psalms 6
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,Hiddətlənib məni tənbeh etmə.
2
Ya Rəbb, mənə rəhm et,Çünki taqətim qalmayıb.Mənə şəfa ver, ya Rəbb,Sümüklərim sızlayır.
3
Canıma vəlvələ düşüb.Ya Rəbb, bu nə vaxtadək olacaq?
4
Ya Rəbb, gəl, mənə kömək et,Məhəbbətin naminə məni xilas et!
5
Ölüb-gedən insan Səni xatırlamaz.Axı ölülər diyarından kim Sənə şükür edəcək?
6
Öz ah-naləmdən bezmişəm,Hər gecə ağlamaqdan döşəyim islanır,Göz yaşlarımdan yatağım yaş olur.
7
Qəmdən gözümün nuru sönüb,Gözlərim düşmənləri görməkdən zəifləyib.
8
Siz ey şər iş görənlər, məndən uzaq durun!Çünki Rəbb hönkürtümü eşitdi,
9
O, yalvarışımı dinlədi,Rəbb duamı qəbul etdi!
10
Bütün düşmənlərim rüsvay olacaq,Canlarına vəlvələ salınacaq,Xəcalət içində bir andaca geri qayıdacaq.
← Chapter 5
Chapter 7 →