bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 17
Psalms 17
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit,Yalansız dilimdən çıxan duama qulaq as.
2
Gözlərinlə həqiqəti görürsən,Mənə haqq qazandır.
3
Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın,Məni sınaqdan keçirtdin,Heç nə tapmadın.Niyyətim budur ki, ağzım öz həddini aşmasın.
4
Sənin sözünə görə zalımların tutduğu yoldan,Bu insanların əməlindən özümü qorumuşam.
5
Sənin yolundan möhkəm tutmuşam,Sarsılmadan addımlamışam.
6
Səni çağırıram, ey Allah, mənə cavab verirsən,Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.
7
Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər,Sağ əlinlə onları düşmənlərdən qurtar.
8
Məni göz bəbəyin kimi qoru,Qanadlarının kölgəsində saxla
9
Məni dara salan şər insanlardan,Ətrafımı bürüyən, canıma düşmən olanlardan.
10
Onların ürəkləri qapalıdır, harınlayıblar,Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.
11
İndi izimə düşüb məni mühasirəyə aldılar,Güdürlər ki, məni yerə vursunlar.
12
Onlar parçalamağa həris bir aslan kimidir,Pusquda duran cavan bir şir kimidir.
13
Ya Rəbb, qalx,Onların önündə dayan,Onları yerlə yeksan et.Qılıncınla bu pis insanlardan canımı qurtar.
14
Ya Rəbb, məni belə insanlardan,Nəsibi bu həyatda olanlardanÖz əlinlə xilas et!Qarınlarını xəzinənlə doldurursan,Onlar övladlarını doydurur,Nəvə-nəticələrinə də miras qoyur.
15
Amma mən salehliklə üzünə baxacağam,Oyananda Səni görməklə doyacağam.
← Chapter 16
Chapter 18 →