bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 16
Psalms 16
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, məni hifz et,Sənə pənah gətirmişəm.
2
Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən.Səndən başqa mənim xoşbəxtliyim yoxdur.
3
Yer üzünün müqəddəsləri isə nəcib insanlardır,Yalnız belələrindən zövq alıram.
4
Yad allahların ardınca qaçanların dərdi artacaq,Onlar üçün qan təqdimləri vermərəm,Adlarını dilimə gətirmərəm.
5
Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan,Püşkümə düşən Səndən asılıdır.
6
Qismətimə gözəl yerlər düşdü,Bəli, mənə nemət nəsib oldu.
7
Mənə nəsihət verən Rəbbə alqış edirəm,Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
8
Rəbbə həmişə üz tutmuşam,Sağımda olduğu üçün sarsılmaram.
9
Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur,Cismim əmin-amanlıqda yaşayır.
10
Çünki məni ölülər diyarına atmazsan,Mömin insanını qəbirə salmazsan.
11
Mənə həyat yolunu öyrədirsən,Doyunca sevinc Sənin hüzurundadır,Sağ əlində hər zaman səadət var».
← Chapter 15
Chapter 17 →