bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 146
Psalms 146
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə həmd edin!Ey könlüm, Rəbbə həmd et!
2
Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm,Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!
3
Əsilzadələrə,Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin.
4
Onlar canı çıxan kimi torpağa düşər,Niyyətləri bircə anda yox olar.
5
Nə bəxtiyardır Yaqubun Allahından kömək alan,Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
6
Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan,Odur əbədi sadiq qalan.
7
O, miskinlərə haqq qazandırır,O, acları azuqə ilə doydurur.Rəbb əsirləri azad edir,
8
Rəbb kor gözləri açır.Rəbb qəddi əyilənləri düzəldir,Rəbb salehləri sevir.
9
Rəbb qəriblərə dayaq olur,Yetimi, dul qadını ayağa qaldırır,Pislərinsə yollarını dolaşdırır.
10
Rəbb əbədi hökmranlıq edir,Ey Sion, Allahın nəsillər boyu hökm verir!Rəbbə həmd edin!
← Chapter 145
Chapter 147 →