bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 145
Psalms 145
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm,İsminə sonsuza qədər alqış edəcəyəm.
2
Sənə hər gün alqış edəcəyəm,İsminə əbədilik həmd edəcəyəm.
3
Rəbb əzəmətlidir, bol həmdə layiqdir,Onun əzəməti insan ağlına sığmaz.
4
Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək,Qüdrətli işlərin bəyan ediləcək.
5
Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək,Xariqəli işlərini dərindən düşünəcəyəm.
6
İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq,Sənin əzəmətini elan edəcəyəm.
7
İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər,Salehliyini mədh edəcəklər.
8
Rəbb lütfkar və rəhmlidir,Hədsiz səbirli və bol məhəbbətlidir.
9
Rəbb hamıya xeyirxahlıq edər,Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
10
Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək,Möminlərin Sənə alqış edəcək.
11
Padşahlığının əzəmətindən deyəcəklər,Qüdrətindən danışacaqlar.
12
Qoy bəşər övladları Sənin qüdrətini,Padşahlığının izzətini, əzəmətini bilsin.
13
Sənin padşahlığın əbədi padşahlıqdır,Səltənətin nəsildən-nəslə qədər uzanır.
14
Rəbb yıxılanların hamısına dayaqdır,Qəddi əyilənlərin hamısını qaldırır.
15
Ya Rəbb, hamının gözü Sənə baxır,Vaxtlı-vaxtında onlara azuqə verirsən.
16
Əlini açırsan,Bütün canlıları doyunca yedirirsən.
17
Rəbb bütün yollarında adildir,Hər işində sadiqdir.
18
Rəbb Onu çağıran bütün insanlara,Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.
19
Ondan qorxanları murada çatdırar,Fəryadlarına qulaq asıb onları qurtarar.
20
Rəbb Onu sevənlərin hamısını hifz edər,Bütün pis adamlarınsa kökünü kəsər.
21
Mənim dilim Rəbbə həmd oxuyacaq,Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!
← Chapter 144
Chapter 146 →