bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 138
Psalms 138
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Bütün qəlbimlə Sənə şükür edirəm,«Allahlar»ın önündə Səni tərənnüm edirəm.
2
Müqəddəs məbədinə tərəf səcdə edirəm,Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm.Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.
3
Səni çağıranda mənə cavab vermisən,Canıma taqət verib məni ürəkləndirmisən.
4
Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər,Çünki ağzından çıxan kəlamları eşidiblər.
5
Rəbbin yollarını tərənnüm edəcəklər,Çünki Rəbbin ehtişamı böyükdür.
6
Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar,Amma lovğaları uzaqdan tanıyar.
7
Sıxıntı içində gəzsəm də,Mənə həyat verirsən.Düşmənin qəzəbinə qarşı əl qaldırırsan,Məni sağ əlinlə qurtarırsan.
8
Rəbb mənə verdiyi vədə əməl edir.Ya Rəbb, məhəbbətin əbədidir.Öz əlinin işini tərk etmə!
← Chapter 137
Chapter 139 →