bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 137
Psalms 137
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Babil torpağında olanda Sionu yada salardıq,Çay kənarında oturaraq ağlayardıq,
2
Liralarımızı söyüd ağaclarından asardıq.
3
Bizi əsir edənlərNəğmə oxumağımızı əmr edirdilər,Bizə zülm verənlərOnları şənləndirməyimizi istəyirdilər,«Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər.
4
Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq?
5
Ey Yerusəlim, əgər səni unutsam,Qoy sağ əlim qurusun.
6
Ey Yerusəlim,Səni anmasam, ən böyük sevincim olmasan,Qoy dilim damağıma yapışsın.
7
Ya Rəbb, Edomluları bir yada sal,Məğlubiyyət günü Yerusəlimdən danışırdılar,Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!»
8
Ey Babil qızı, xaraba qalacaqsan.Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun!
9
Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun!
← Chapter 136
Chapter 138 →