bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 115
Psalms 115
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Bizi yox, ya Rəbb, bizi yox,Məhəbbətin, sədaqətin naminəÖz adını şərəfləndir.
2
Niyə millətlər belə desin:«Onların Allahı haradadır?»
3
Allahımız göylərdədir,Öz istədiyini edir.
4
Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir,Onlar insan əllərinin işidir.
5
Ağızları var, danışa bilmir,Gözləri var, amma görmür,
6
Qulaqları var, eşitmir,Burunları var, qoxu bilmir,
7
Əlləri var, hiss etmir,Ayaqları var, gəzə bilmir,Boğazlarından səs gəlmir.
8
Bütləri düzəldən, onlara güvənən insanlarBu bütlər kimi cansız olacaqlar.
9
Ey İsraillilər, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!
10
Ey Harun nəsli, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!
11
Ey Rəbdən qorxanlar, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!
12
Rəbb bizi unutmayıb,Bizə xeyir-dua verəcək –İsrail nəslinə xeyir-dua verəcək,Harun nəslinə xeyir-dua verəcək,
13
Kiçikdən böyüyə qədərOndan qorxanlara xeyir-dua verəcək.
14
Qoy Rəbb sizi,Sizi və nəslinizi artırsın!
15
Rəbdən, göyləri və yeri YaradandanBərəkət alasınız!
16
Rəbb səmaya sahibdir,Yeri bəşər övladlarına verdi.
17
Ölənlər, sükut diyarına düşənlərRəbbə həmd etmirlər.
18
Lakin biz Rəbbə alqış edirikİndidən sonsuzadək.Rəbbə həmd edin!
← Chapter 114
Chapter 116 →