bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 114
Psalms 114
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
İsraillilər Misirdən çıxanda,Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda
2
Yəhuda Rəbbin müqəddəs məskəni oldu,İsrail Rəbbin səltənəti oldu.
3
Onları görəndə dəniz qaçdı,İordan çayı geri çəkildi.
4
Zirvələr qoçlar kimi,Təpələr quzular kimi tullandı.
5
Ey dəniz, niyə qaçdın, sənə nə oldu?Ey İordan çayı, niyə belə geri çəkildin?
6
Ey zirvələr, qoçlar kimi,Ey təpələr, quzular kimi niyə tullandınız?
7
Ey dünya, Hökmranın hüzurunda,Yaqubun Allahının qarşısında lərzəyə gəl!
8
Qayanı gölməçəyə döndərən,Çaxmaq daşını çeşməyə çevirən Odur.
← Chapter 113
Chapter 115 →