bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 112
Psalms 112
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə həmd edin!Nə bəxtiyardır Rəbdən qorxan,Əmrlərindən zövq alan insan!
2
Nəsli yer üzündə güclü olacaq,Əməlisalehlərin övladları xeyir-dua alacaq.
3
Evindən bolluq və sərvət əskilməz,Salehliyi əbədi qalar.
4
Zülmətdə belə, əməlisaleh insanlar üçün,Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
5
Səxavətlə borc verən,İşlərini ədalətlə görən yaxşı insandır.
6
Belə adam əsla sarsılmaz,Saleh insan əbədi olaraq yadda qalacaq.
7
Pis xəbərdən qorxmaz,Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,
8
Cəsur ürəklidir,Düşmənlərinin süqutunu görənədək qorxmaz.
9
Səpələyər, fəqirlərə paylayar,Salehliyi əbədi qalar,Qüdrəti və hörməti ucalar.
10
Pis adamsa bunu görüb qəzəblənər,Dişlərini qıcıdar, yanıb-tökülər,Pislərin arzusu puç olar.
← Chapter 111
Chapter 113 →