bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 111
Psalms 111
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə həmd edin!Əməlisalehlər məclisində, icma arasındaBütün qəlbimlə Rəbbə şükür edəcəyəm.
2
Rəbbin işləri böyükdür,Bunlardan zövq alanlar ibrət götürür.
3
Əməllərində ehtişamı, əzəməti görünür,Salehliyi əbədi qalır.
4
Xariqələrini xalqının yadına salır.Rəbb lütfkar və rəhmlidir,
5
Ondan qorxanları bəsləyərək saxlayır,Öz əhdini əbədi olaraq yadda saxlayır.
6
Xalqına millətlərin torpaqlarını verərəkQüdrətli işlərini onlara göstərdi.
7
Əllərinin işləri sədaqət və ədalətdir,Onun bütün qayda-qanunları etibarlıdır.
8
Onlar həmişə, əbədi olaraq möhkəmdir,Sədaqətdən, düzlükdən yaranmışdır.
9
Öz xalqına qurtuluş göndərdi,Əhdi əbədi olsun deyə əmr verdi,İsmi müqəddəsdir, zəhmlidir.
10
Rəbb qorxusu hikmətin başlanğıcıdır,Buna əməl edənlərin sağlam düşüncəsi vardır.Ona əbədi olaraq həmdlər olsun!
← Chapter 110
Chapter 112 →