bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 109
Psalms 109
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey tərənnüm etdiyim Allah, susma!
2
Çünki pislər, hiyləgərlər ağzını açıbYalançı dilləri ilə məndən danışırlar.
3
Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər,Nahaq yerə hücumlarına məruz qalıram.
4
Sevgimin əvəzinə mənə ittiham yağdırırlar,Mən isə dua etməkdəyəm.
5
Yaxşılığımın əvəzinə yamanlıq edirlər,Sevgimin əvəzinə nifrətlə cavab verirlər.
6
Belə adamın qarşısına bir pis insanı çıxar,Sağ tərəfində dayanıb onu ittiham etsin!
7
Hökm oxunanda o təqsirkar çıxsın,Qoy onun duası günah sayılsın!
8
Onun ömrü az olsun,Vəzifəsini başqası tutsun!
9
Övladları yetim,Arvadı isə dul qalsın!
10
Övladları didərgin düşüb dilənçi olsun,Yaşamağa xarabalıq belə, tapmasın!
11
Sələmçilər hər şeyini əlindən alsın,Nə qazanıbsa, yadellilər talayaraq aparsın!
12
Ona məhəbbət göstərən olmasın,Yetim qalan balalarına yazığı gələn tapılmasın!
13
Qoy onun nəsli kəsilsin,Gələcək nəslin arasından adları silinsin!
14
Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın,Anasının günahı heç zaman yuyulmasın!
15
Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar,Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
16
Çünki məhəbbət göstərməyi unutdular,Məzlumu, fəqiri, qəlbisınıqlarıHəlak etmək üçün təqib etdilər.
17
Qarğış etməyi sevirdi, öz başına dönsün,Alqış etməyi sevmirdi, ona əli çatmasın!
18
Ondan əynindəki paltar kimi qarğış çıxardı,Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!
19
Qarğışı onu əyninin libası kimi bürüsün,Hər gün belinə kəmər tək dolansın!
20
Məni ittiham edənlər,Mənim barəmdə pis sözlər söyləyənlərRəbbin cəzasına gəlsinlər!
21
Lakin, ey Xudavənd Rəbb, ismin naminəÖzün mənə qayğı göstər,O gözəl məhəbbətinə görə məni azad et.
22
Çünki mən məzlum və fəqir insanam,Köksümdəki ürəyimdən yaralanmışam.
23
Düşən kölgə kimi itirəm,Vurulub atılan çəyirtkəyə bənzəyirəm.
24
Bax oruc tutmaqdan dizlərim əsir,Bir dəri, bir sümük qalmışam.
25
Görənlər mənə lağ edir,Başlarını yelləyir.
26
Ya Rəbb Allahım, Sən mənə kömək et,Məhəbbətinə görə məni qurtar.
27
Bilsinlər ki, bu Sənin əlindədir,Ya Rəbb, Sən bunu edə bilərsən.
28
Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver,Qoy onlar əleyhimə qalxarkən utansınlar.Sənin qulunam, qoy sevinim!
29
İttihamçılarım rüsvayçılığa bürünsünlər,Xəcaləti xalat kimi geyinsinlər.
30
Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək,Xalq içində Ona həmd edəcək.
31
Çünki O, fəqirin sağ tərəfində dayanar ki,Edam hökmü verənlərin əlindən onu qurtarsın.
← Chapter 108
Chapter 110 →