bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 108
Psalms 108
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb,Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
2
Ey çəng və lira, oyan!Qoy səhəri oyadım.
3
Ya Rəbb, xalqlar arasındaSənə şükür edəcəyəm.Ümmətlər arasındaSəni tərənnüm edəcəyəm.
4
Məhəbbətin böyükdür, göylərdən ucadır,Sədaqətin buludlara çatır.
5
Ey Allah, göylər üzərində ucal!Ehtişamın bütün yer üzərində olsun!
6
Sevdiyin insanların xilas olması üçünSağ əlinlə bizi qurtar, mənə cavab ver!
7
Allah Öz müqəddəs məskənindən belə söylədi:«Şekemi sevinclə bölüşdürəcəyəm,Sukkot dərəsini böləcəyəm.
8
Gilead torpağı Mənimdir,Menaşşe torpağı Mənimdir,Efrayim başımın dəbilqəsidir,Yəhuda Mənim əsamdır.
9
Moav yuyunmaq üçün ləyənimdir,Çarığımı ataraq Edomu tutacağam,Zəfər harayını Filiştə salacağam».
10
Kim məni istehkamlı şəhərə apara bilər?Edoma qədər kim mənə yol göstərə bilər?
11
Ay Allah, niyə bizi atmısan?Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
12
Düşmənin qarşısında bizə imdad et,Çünki insanın köməyi puçdur.
13
Allahın köməyi ilə şücaət göstərəcəyik,O, düşmənlərimizi tapdalayacaq!
← Chapter 107
Chapter 109 →