bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Lamentations 4
Lamentations 4
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Qızıl necə də tutqunlaşdı,Saf qızıl parıltıdan düşdü.Müqəddəs daşlarHər küçə başına dağılmışlar.
2
Sion övladları tərəziyə qoyulandaSaf qızıldan da qiymətli idi.İndi isə onlar saxsı qablara,Dulusçunun əl işinə bərabər olublar.
3
Çaqqallar belə, balalarına əmcək verir,Onları əmizdirir.Əziz xalqım isə insafı atır,Səhra dəvəquşularına oxşayır.
4
Südəmər körpənin diliSusuzluqdan damağına yapışır.Uşaqlar yemək istəyir, verən yoxdur.
5
Ən ləziz yeməkləri yeyənlərİndi küçələrdə taqətdən düşüblər.Al rəngli paltar geyib-böyüyənlərZibillikdə yatırlar.
6
Axı əziz xalqımın təqsiriSodomun günahını keçdi,Bu şəhər əl toxunmadanBir andaca yerlə yeksan oldu.
7
Yerusəlimin başçıları qardan da təmiz idi,Süddən də bəyaz idi,Vücudları qıpqırmızı yaqut kimi idi,Zahirən göy yaquta bənzəyirdi.
8
İndisə üzləri kömür kimi qaralıb,Küçələrdə heç birini tanımaq olmur,Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb,Ağac kimi quruyub.
9
Bu aclığın qurbanındansaQılınc qurbanı olan bəxtiyardır.Zəminin məhsulundan məhrum olmuşdular,Əriyən canlarında can qalmayıb.
10
Hətta ən qəlbiyumşaq qadınlarÖz əlləri ilə balalarını bişirirdi.Əziz xalqım qırılarkənBalalarının ətini yeyirdi.
11
Rəbb hiddətini boşaltdı,Qızğın qəzəbini yağdırdı,Sionda alovunu alışdırdı,Onu təməlinədək yandırıb-yaxdı.
12
Dünyada heç bir padşah inanmazdı ki,Yerusəlimin darvazalarından keçibYağılar və düşmənlərBu şəhəri zəbt edər.
13
Bu iş şəhərdə salehlərin qanının tökülməsiPeyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu,
14
Kor kimi küçələrdə dolanırdılar,Qanla murdar oldular,Onların libaslarına belə,Kimsə toxuna bilməz.
15
İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun!İtilin buradan, bizə dəyməyin, rədd olun!»Onlar qaçqın, sərgərdan dolanarkənBaşqa millətlər deyir: «Bunlar burada qalmasın!»
16
Rəbb Özü onları pərən-pərən saldı,Onlara yenidən baxmaz,O daha kahinlərə hörmət etmir,Ağsaqqallara xeyirxahlıq göstərmir.
17
Hər an boş yerə yardım gözləməkdənGözlərimiz taqətdən düşdü,Bizi qurtara bilməyən millətiHey gözlədik, gəlmədi.
18
Ardımızca düşmən düşüb,Küçələrdə gəzə bilmirik.Sonumuz çatdı, günlərimiz bitdi,Aqibətimiz sona yetdi.
19
Bizi təqib edənlərGöylərdəki qartallardan sürətlidirlər,Dağlarda ardımızca düşdülər,Pusqu qurub səhrada gözlədilər.
20
Rəbbin məsh etdiyi, həyatımızın nəfəsiOnların xəndəklərində yaxalandı,Halbuki deyirdik: «Onun kölgəsindəMillətlərin içində yaşayacağıq».
21
Ey Us ölkəsində yaşayan Edom xalqı,Sevin, fərəhlən!Sən də bu kasadan içəcəksən,Sərxoş olub, çılpaq qalacaqsan.
22
Ey Sion qızı, təqsirinin cəzası sona çatdı,Rəbb səni bir daha sürgünə göndərməyəcək,Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq,Günahlarını meydana çıxaracaq.
← Chapter 3
Chapter 5 →