bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Lamentations 3
Lamentations 3
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbin qəzəb dəyənəyindənMən əzab çəkirəm,
2
O məni apardı,İşıqda deyil, qaranlıqda gəzdirdi.
3
Bütün gün – dəfələrlə qaldırdığı əliMənə qarşıdır.
4
Ətimi, dərimi çürütdü,Sümüklərimi sındırdı.
5
Məni əzabla, cəfa ilə sarıdı,Mühasirəyə saldı.
6
Çoxdan ölüb-gedənlər kimiMəni zülmətdə yaşatdı.
7
Ətrafımı hər tərəfdən hasara aldı,Məni zəncirləyib, qaça bilmirəm.
8
Fəryad edib mən imdad istəyərkənO, duamın qarşısına sədd çəkdi.
9
Yonma daşlarla yollarımı kəsdi,Onları dolaşdırdı.
10
Mənə ayı kimi pusqu düzəldir,Gizlənib aslan kimi məni güdür.
11
Yoldan sürükləyib məni parçaladı,Çarəsiz hala saldı.
12
Kamanının yayını çəkdi,Məni Özü üçün bir hədəf etdi.
13
Çəkib oxdanından ox atdı,Böyrəyimə sapladı.
14
Gün boyu xalqımın gülüş hədəfinə döndüm,Məzhəkəli nəğmə ilə məni ələ salırlar.
15
O, acı otlardan mənə doyunca yedirtdi,Yovşan suyunu içirtdi.
16
Dişlərimi çınqılla qırdı,Kül içində məni diz çökdürtdü.
17
Salamatlıqdan canımı uzaq etdi,Yaxşılığı unutdum.
18
Dedim: «Üzərimdən əzəmətim getdi,Rəbdən ümidim kəsildi».
19
Əzabımı və sərgərdanlığımı,Acı yovşanı və zəhəri yada sal.
20
Daim onları xatırlayıram,Ona görə köksümdən ürəyim üzülür.
21
Amma bunları yada salarkənMəndə ümid yaranır.
22
Rəbbin məhəbbətinə görə məhv olmadıq,Çünki mərhəməti tükənməzdir.
23
Hər səhər bunlar təzələnir,Sənin sədaqətin böyükdür.
24
Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir»,Ona görə Rəbbə ümid bəsləyirəm.
25
Rəbb Ona güvənənlərə,Onu axtaran könüllərə xeyirxahdır.
26
Rəbbə ümid bəsləmək,Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
27
Yaxşı olar ki, insanBoyunduruğunu gənc yaşından daşısın.
28
Qoy susub tənha otursun,Axı Rəbb boynuna boyunduruq salıb.
29
Üzünü yerə sürtsün,Bəlkə hələ ümid var.
30
İzin versin, qoy sifətinə vursunlar,Qoy ona doyunca böhtan atsınlar.
31
Çünki Xudavənd əbədilikBizi Özündən kənar etməz.
32
Qəm-qüssə versə belə,Bol məhəbbətinə görə rəhmə gələr.
33
Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz,Heç kimi kədərləndirməz.
34
Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini,
35
Haqq-Taalanın hüzurunda insanınÖz haqlarından məhrum olmasını,
36
İnsanın ədalətdən məhrum olmasınıXudavənd heç görmürmü?
37
Xudavənd əmr verməsə,Kimin dediyi həyata keçər?
38
Həm xeyir, həm də şər,Haqq-Taalanın əmri ilə gələr.
39
Öz günahının cəzasındanSağ qalan insan niyə şikayətlənir?
40
Qoy yollarımıza diqqətlə baxaq,Rəbbə yenidən üz tutaq.
41
Göylərdəki Allaha əllərimizi,Həm də ürəklərimizi açaq.
42
Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik,Bunu bizə bağışlamadın».
43
Qəzəbə bürünmüsən, bizi təqib etmisən,Aman vermədən öldürmüsən.
44
Özünə buludlardan örtük çəkdin,Onların arasından dua keçmir.
45
Xalqlar arasındaBizi zibilə, tullantıya çevirmisən.
46
Bütün düşmənlərimizin bizə qarşıAğızları açıldı.
47
Dəhşət və çuxur,Məhv və qırğın birlikdə başımıza gəldi.
48
Qırılan əziz xalqıma görəGözlərimdən sel kimi yaş axdı.
49
Dinmədən, dayanmadanGözlərimdən yaş axacaq,
50
Rəbb göylərdən aşağıya baxana qədər,Olanları görənə qədər.
51
Şəhərimdəki hər qızın taleyini görərkənÜrəyimi kədər bürüyür.
52
Nahaq yerə mənə düşmən olanlarMəni quş tək ovladılar.
53
Quyuya salıb məni öldürmək istədilər,Daşqalaq etdilər.
54
Sular başımdan aşdı,Dedim: «Ömrüm sona çatdı».
55
Ya Rəbb, isminiO quyunun dibindən səslədim.
56
«Qulağını tıxama, fəryadımı dinlə» deyərkənSəsimi eşitdin.
57
Səni çağıranda yanıma gəldin,Mənə «qorxma» söylədin.
58
Ey Xudavənd, mənim əməlimə baxdın,Həyatımı satın aldın.
59
Ya Rəbb, başıma gətirdikləri şəri gördün,Bu iş barədə hökmünü ver.
60
Mənə bəslədikləri kini,Mənə qarşı qurulan fəndləri gördün.
61
Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin,Əleyhimə fənd qururlar.
62
Əleyhdarlarımın pıçıltısını,Gün boyu mənə qarşı mırıltısını eşitdin.
63
Onların oturuşuna-duruşuna bax,Onlara məzhəkə nəğməsi olmuşam.
64
Ya Rəbb, onların əllərinin əməllərinə görəƏvəzini verəcəksən.
65
Onların qəlbini inadkar et,Qoy lənətin onların üstünə gəlsin.
66
Ya Rəbb, qəzəbinlə onları qov,Səma altından məhv edib at!
← Chapter 2
Chapter 4 →