bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 35
Job 35
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Elihu sözünü belə davam etdirdi:
2
«Allah önündə haqlı olduğunu deyirsən.Bunun doğru olduğunumu düşünürsən?
3
Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm,Bundan xeyrim, qazancım nə ola bilər?”
4
Həm sənə, həm də dostlarınaBelə cavab verəcəyəm.
5
Bir bax səmaya,Nəzər sal başının üstündəki buludlara.
6
Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər?Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı?
7
Sənin salehliyin Ona nə verir?Yaxud da O, əlindən nəyi alıb götürür?
8
Pisliyin özün kimisinə ziyan vurur,Salehliyin isə bəşər oğlu üçündür.
9
İnsanlar ağır təzyiq altında fəryad edir,Güclülərə qarşı yardım istəyir.
10
Amma deyən yoxdur: “Hanı məni yaradan Allah?Hanı bizə gecələr ilahilər oxutduran Allah?
11
O bizi yer üzünün heyvanlarından çox öyrədib,Bizə göydəki quşlardan daha çox hikmət verib”.
12
Orada pislərin qüruru üzündənİnsanlar fəryad edir,Amma Allah cavab vermir.
13
Əslində Allah boş fəryadı dinləmir,Külli-İxtiyar buna əhəmiyyət vermir.
14
Sən onu görmədiyini söylədiyin anda belə,Mübahisən önündədir, Onu gözlə.
15
İndi qəzəblənib cəzalandırmırsa,Təqsirin çoxluğuna baxmır.
16
Ona görə Əyyub boş yerə ağzını yorur,Avam-avam danışdıqca danışır».
← Chapter 34
Chapter 36 →