bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 34
Job 34
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Elihu söhbətini belə davam etdirdi:
2
«Ey hikmətlilər, sözlərimi dinləyin,Ey çoxbilənlər, məni eşidin.
3
Çünki damaq yeməyin dadını bildiyi kimiQulaq da sözləri müəyyən edir.
4
Gəlin doğrunu seçək,Birlikdə yaxşını öyrənək.
5
Çünki Əyyub deyir: “Mən günahsızam,Allah isə əlimdən haqqımı aldı.
6
Haqlı olduğum halda yalançı sayılıram,Bir təqsirim yox ikən oxundan sağalmaz yara aldım”.
7
Əyyub kimi şəxsiyyət varmı?O, kinayəni su kimi içir.
8
Pislik edənlərlə yoldaşlıq edib gəzir,Pis adamlarla yol gedir.
9
Çünki “çalışıb Allahı razı salmaqİnsana xeyir gətirməz” deyir.
10
Buna görə, ey dərrakəli insanlar, məni dinləyin!Məgər Allah pislik edərmi?Məgər Külli-İxtiyar haqsızlıq edərmi?
11
Çünki O hər kəsə əməlinin əvəzini verir,Qazandığını başına gətirir.
12
Məgər Allah pislik edir?Məgər Külli-İxtiyar haqsızlıq edir?
13
Ona bütün dünyanı kim təslim etdi?Kim Onu yer üzərində təyin etdi?
14
Əgər qəsdinə durubRuhunu, nəfəsini geri çəkərsə,
15
Bir anda bütün bəşər yox olar,İnsan torpağa qayıdar.
16
Əgər düşüncən varsa, bunları dinlə,Sözlərimi eşit.
17
Ədalətə nifrət edən səltənət sürə bilərmi?Adil və qüdrəti Olanımı məhkum edəcəksən?
18
Padşahlara “yaramazsınız”,Əsilzadələrə “şərsiniz” deyən,
19
Başçılar arasında tərəfkeşlik etməyən,Varlını yoxsuldan üstün saymayanO deyilmi?Çünki hamını Onun əlləri yaratdı,
20
Hamı bir an içində, bir gecə yarısı ölüb gedir,Xalq lərzəyə gəlib ölür.Güclülər belə, əl dəyməmiş aradan götürülür.
21
Allah gözlərini insanların yolundan çəkmir,Atdıqları hər addımı görür.
22
Şər iş görənlərin gizlənəcəyiNə qaranlıq, nə də zülmət yeri var.
23
Hökm üçün hüzuruna gəlsinlər deyəAllah insana nəzarət etmək üçün ehtiyac duymur.
24
İstintaq etmədən güclü insanları qırır,Onların yerinə başqalarını qoyur.
25
Çünki onların işlərini bilir,Bir gecə onları alt-üst edir, onlar əzilir.
26
Hamının gözü önündəPislikləri üzündən onlara cəza verir.
27
Çünki Onun ardınca getmədilər,Yollarının heç birinə fikir vermədilər.
28
Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi,O, fəqirlərin fəryadını eşitdi.
29
Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər?Üzünü gizlədərsə, kim Onu görə bilər?Hər millət, hər insan üçün O eynidir ki,
30
Allahsız insan hökmranlıq etməsin,Xalqa tələ qurmasın.
31
Allaha deyən olubmu:“Günahkaram, bir də pis iş görməyəcəyəm?
32
Görmədiyimi mənə göstər,Haqsızlıq etmişəmsə, bir də etmərəm”.
33
Onu atdığın halda sənəKefin istəyən əvəz verməlidirmi?Qərar verən sənsən, mən deyiləm,İndi bildiyini mənə söylə.
34
Dərrakəli insanlar,Məni dinləyən müdrik adamlar deyəcək:
35
“Əyyub avam-avam danışır,Sözlərinin mənası yoxdur”.
36
Bir şər adam kimi cavab verdiyi üçünQoy Əyyub axıradək sınaqda olsun!
37
Çünki günahına üsyankarlıq da artırır,Qarşımızda elə bil rişxənd edərək əl çalır,Allaha qarşı danışdıqca danışır».
← Chapter 33
Chapter 35 →