bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 51
Jeremiah 51
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbb belə deyir:«Mən Babildə və Lev-Qamaydayaşayanlara qarşıHəlakedici bir külək əsdirəcəyəm.
2
Babilə taxılsovuranlargöndərəcəyəm,Onu sovurub ölkəsini boş qoyacaqlar,Qara gündə hər yandan ona hücum edəcəklər.
3
Oxçu kamanını çəkməsin,Zirehini geyməsin.Onun cavanlarına rəhm etməyin,Ordusunu tamamilə məhv edin.
4
Öldürülənlər Xaldey ölkəsində,Yaralılar Babil küçələrindəYerə səriləcək.
5
Ancaq İsrailin Müqəddəsinə qarşıÖlkələri təqsirlə dolduğu haldaÖzlərinin Allahı Ordular Rəbbiİsrail və Yəhuda xalqlarını tərk etmədi.
6
Babilin içindən qaçın!Hər kəs canını qurtarsın!Onun günahına görə məhv olmayın.Çünki Rəbbin qisas zamanıdır,Ona öz əvəzini verəcək.
7
Babil Rəbbin əlində bir qızıl kasa idi,Bütün dünyanı sərxoş edirdi.Millətlər onun şərabını içdi,Ona görə də çılğınlaşdı.
8
Babil qəflətən düşüb parça-parça olacaq,Onun üçün yas tutun!Yarasına məlhəm sürtün,Bəlkə şəfa tapar.
9
Babilə şəfa vermək istədik,Amma sağalmadı.Onu tərk edək,Hər birimiz öz ölkəmizə qayıdaq.Çünki Babilin hökmü göylərə çatır,Buludlara qədər yüksəlir.
10
Rəbb bizə bəraət verdi.Gəlin Allahımız Rəbbin nələr etdiyiniSionda elan edək!
11
Oxları itiləyin,Kaman qablarını doldurun!Rəbb Midiya padşahlarını hərəkətə gətirdi.Məqsədi Babili yox etməkdir,Rəbb Öz qisasını, məbədinin qisasını alacaq.
12
Babil divarlarına qarşıBayraq yüksəldin!Keşikçiləri çoxaldın,Növbətçiləri öz yerinə qoyun,Pusquda durun.Çünki Rəbb Babildə yaşayanlara qarşıHəm niyyət qurdu,Həm də söylədiyini yerinə yetirdi.
13
Ey axar suların sahilində yaşayanlar,Çoxlu xəzinələri olanlar,Axırınız gəldi,Vaxtınız yetişdi».
14
Ordular Rəbbi Öz varlığına and içdi:«Səni çəyirtkə sürüsü ilə dolduran kimiMütləq əsgərlərlə dolduracağam,Sənə qarşı zəfər nərəsi çəkəcəklər».
15
Rəbb qüdrəti ilə yer üzünü yaratdı,Hikməti ilə dünyanı qurdu,Dərrakəsi ilə göyləri yaydı.
16
O gurlayanda göydəki sular çağlayır,Yerin ucqarlarından buludları yüksəldir,Yağış üçün şimşək çaxdırır,Anbarlarından külək çıxarır.
17
Hər kəs ağılsız oldu,Bilikləri qalmadı.Hər zərgər düzəltdiyi bütdən utanacaq,Çünki onun tökdüyü büt puçdur,Onda nəfəs yoxdur.
18
Onlar boş şey, masqaraçıların işidir,Cəza vaxtı məhv olacaqlar.
19
Yaquba Nəsib Olan isə onlara bənzəməz,Çünki irs qəbiləsi ilə birgəHər şeyi yaradan Odur.Onun adı Ordular Rəbbidir.
20
«Sən mənim toppuzum, döyüş silahımsan,Səninlə millətləri qırıram,Səninlə padşahlıqları məhv edirəm.
21
Səninlə atları və süvariləri qırıram,Səninlə döyüş arabaları və minicilərini qırıram,
22
Səninlə kişi və qadınları qırıram,Səninlə qoca və cavanları qırıram,Səninlə gənc oğlan və qızları qırıram.
23
Səninlə çoban və sürüsünü qırıram,Səninlə əkinçi və öküzlərini qırıram,Səninlə valilərlə vəkilləri qırıram.
24
Amma Babildə və Xaldey ölkəsində yaşayanlaraSionda etdikləri bütün pis əməllərinin əvəziniGözlərinizin önündə verəcəyəm»Rəbb belə bəyan edir.
25
«Budur, sənə qarşıyam,Ey həlak edən dağ»Rəbb belə bəyan edir.«Ey bütün dünyanı həlak edən!Sənə əlimi qaldırıbQayanın başından yuvarlayacağam,Səni yanmış bir dağa çevirəcəyəm.
26
Səndən künc və təməl daşı götürməyəcəklər,Sən əbədi bir viranə olacaqsan»Rəbb belə bəyan edir.
27
«Yer üzündə bayraq qaldırın!Millətlər arasında şeypur çalın!Millətləri Babilə qarşı döyüşə hazırlayın!Urartu, Minni və Aşkenaz padşahlıqlarınıOna qarşı toplayın.Ona qarşı bir sərkərdə təyin edin,Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin.
28
Millətləri – Midiya padşahlarını,Valilərini və bütün vəkillərini,Başçılıqları altındakı bütün ölkələriBabilə qarşı döyüşə hazırlayın!
29
Ölkə titrəyib lərzəyə gəlir!Çünki Rəbbin Babilə qarşı niyyəti –Oranı sakinsiz bir viranəyə çevirmə niyyətiYerinə yetməlidir.
30
Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi,Öz qalalarında oturdu.Gücləri tükəndi,Ürkək qadınlara döndülər.Yaşadıqları yerlər oda verildi,Darvaza sürgüləri qırıldı.
31
Qasid qasid dalınca,Xəbərçi xəbərçi dalınca qaçıbBu xəbəri Babil padşahına çatdırır:“Şəhər hər tərəfdən alındı,
32
Çay keçidləri tutuldu,Qamışlıqlar yandırıldı,Döyüşçülər çaşqınlığa düşdü”».
33
İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:«Vaxtı gələndə xırman yeri necə tapdalanırsa,Babil xalqı da elə olacaq.Qısa müddətdən sonraOnun da biçin zamanı gələcək».
34
«Babil padşahı NavuxodonosorBizi əzib yedi,Boş bir qaba çevirdi.Canavar kimi uddu,Gözəl yeməklərimizlə qarnını doydurdu.Sonra bizi qusdu.
35
Bizə və əhalimizə qarşı edilən zorakılıqBabilin başına gəlsin»Deyir Sion sakini.«Tökülən qanımızın haqq-hesabıQoy Xaldeylilərdən soruşulsun»Deyir Yerusəlim.
36
Buna görə Rəbb belə deyir:«Məhkəmədə işinizə Mən baxacağam,Qisasınızı Mən alacağam.Onun çayını qurudacaq,Bulağının suyunu kəsəcəyəm.
37
Babil daş qalaqlarına,Çaqqal yuvasına dönəcək.Dəhşət hədəfi olacaq,İstehza ilə ona fit çalacaqlar.Orada heç kəs yaşamayacaq.
38
Xalqı cavan aslanlar kimi kükrəyəcək,Şir balaları kimi nərildəyəcək.
39
Ancaq qızışdıqları vaxtZiyafət düzəldib onları sərxoş edəcəyəm.Qoy keflənsinlər,Əbədi yuxuya dalsınlar,Heç vaxt oyanmasınlar»Rəbb belə bəyan edir.
40
«Onları quzu, qoç və təkə kimiKəsməyə aparacağam.
41
Şeşaknecə alındı!Bütün dünyanın qürurlandığı yerNecə dəhşətli hala düşdü.Babil millətlər arasındaNecə dəhşətli hala düşdü!
42
Babili çay basacaq,Onu gurlayan dalğalar örtəcək.
43
Qəsəbələri viran olacaq,Torpaqları heç kəsin yaşamadığı,Bəşər oğlunun keçmədiyiQuraq bir çölə dönəcək.
44
Babildə Bel bütünü cəzalandıracağam,Udduğunu ona qusduracağam.Artıq millətlər oraya axın-axın gəlməyəcək,Babil divarı da yıxılacaq.
45
Oradan çıx, ey xalqım!Hamınız canınızı qurtarın!Rəbbin qızğın qəzəbindən qaçın!
46
Ölkədə eşitdiyiniz şayiələrə görəCəsarətinizi itirib qorxmayın.Bir il bir şayiə gəlir,O biri il başqası.Ölkədə zorakılıq,Başçının başçıya qarşı çıxması barədəŞayiələr yayılır.
47
Buna görə də yəqin kiBabilin bütlərini cəzalandıracağım günlər gəlir.Bütün ölkə utandırılacaq,Öldürülənləri onun ortasında yerə səriləcək.
48
O zaman yer, göy və onlardakı hər şeyBabilin başına gələnlərə sevinəcək.Çünki şimaldan gələn məhv edənlərOna hücum edəcək»Rəbb belə bəyan edir.
49
«İsrailin öldürülənlərinə görəBabil də məhv olmalıdır,Necə ki yer üzündə öldürülən hər kəsBabilə görə məhv oldu.
50
Ey qılıncdan qurtulanlar,Qaçın, ləngiməyin!Rəbbi uzaqdan yada salın,Yerusəlim barədə düşünün!»
51
Biz utandıq,Çünki təhqir eşitdik,Üzümüzü rüsvayçılıq örtdü.Çünki yadellilər Rəbbin məbədininMüqəddəs yerlərinə girdi.
52
«Buna görə də bütləriniCəzalandıracağım günlər gəlir,Bütün ölkədə yaralılar inildəyəcək»Rəbb belə bəyan edir.
53
«Babil göylərə çıxsa da,Ucalardakı qalasını möhkəmləndirsə də,Məhv edənləri üstünə göndərəcəyəm»Rəbb belə bəyan edir.
54
«Babildən fəryad,Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir.
55
Çünki Rəbb Babili məhv edir,Onun hay-küyünü susdurur.Düşmən dalğaları axar sular kimi kükrəyir,Səslərinin gurultusu ucalır.
56
Çünki Babilə qarşı bir məhv edən çıxacaq,Döyüşçüləri əsir tutulacaq,Kamanları qırılacaq.Çünki Rəbb əvəz verən bir Allahdır,Mütləq cəzalandıracaq.
57
Babil başçılarını, müdriklərini,Valilərini, vəkillərini, döyüşçüləriniElə sərxoş edəcəyəm ki,Əbədi yuxuya dalacaq,Heç vaxt oyanmayacaqlar»Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.
58
Ordular Rəbbi deyir:«Babilin qalın divarları yerlə yeksan ediləcək,Uca darvazaları oda veriləcək.Xalqlar boş-boşuna zəhmət çəkir,Ümmətlərin çəkdiyi əziyyətOda təslim ediləcək».
59
Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı.
60
Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı.
61
Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma.
62
De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”.
63
Bu tumarı oxuyub qurtaranda sən ona bir daş bağlayıb Fərat çayının ortasına at və
64
söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”».Yeremyanın sözləri buraya qədərdir.
← Chapter 50
Chapter 52 →