bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 50
Jeremiah 50
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbb Babil və Xaldey ölkəsi barədə Yeremya peyğəmbər vasitəsilə bu sözləri nazil etdi:
2
«Millətlərə bildirib elan edin.Bayraq qaldırıb xəbər verin,Heç nəyi gizlətməyin!Deyin ki, Babil ələ keçiriləcək,Bel allahı utandırılacaq,Marduk allahı dəhşətə düşəcək,Bütləri alçaldılacaq,Məbudları parça-parça olacaq.
3
Çünki onun üstünə şimaldanBir millət hücum edəcək,Ölkəsini viran edəcək.Orada yaşayan olmayacaq,İnsan da, heyvan da qaçıb gedəcək».
4
Rəbb bəyan edir: «O gün, o zamanİsrail xalqı ilə Yəhuda xalqıBirlikdə gələcək,Onlar ağlaya-ağlaya gəlibÖzlərinin Allahı Rəbbi axtaracaq.
5
Üzləri Siona tərəfOraya gedən yolu soruşacaqlar,Onlar gəlib unudulmaz, əbədi bir əhdləRəbbə bağlanacaq.
6
Xalqım itmiş qoyunlar kimidir,Çobanları onları azdırdı,Dağlarda özbaşına dolandırdı,Onlar dağdan təpəyə getdi,Yatdıqları yeri unutdu.
7
Kim onları tapdısa, yedi.Düşmənləri dedi:“Biz təqsirkar deyilik,Çünki onlara əsl otlaq olan Rəbbə –Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”.
8
Babildən qaçıb qurtarın!Xaldey ölkəsini tərk edin,Sürüyə yol göstərən təkə kimi olun!
9
Çünki Mən şimal ölkəsindənBabilə qarşı böyük millətlər ittifaqınıOyandırıb çıxaracağam.Babilin önündə düzülübOnu şimaldan ələ keçirəcəklər.Oxları mahir döyüşçü oxları kimi olacaq,Heç biri əliboş qayıtmayacaq.
10
Xaldey ölkəsi qarət olunacaq,Onu qarət edənlər maldan doyacaq»Rəbb belə bəyan edir.
11
«Ey irsimi talayanlar,İndi ki sevinib şadlıqla coşursunuz,Xırmanda taxıl döyən düyə kimi tullanırsınız,Ayğır kimi kişnəyirsiniz,
12
Ananız çox utanacaq,Sizi doğanın üzü qızaracaq.Xaldey millətlərin ən zəifi,Quraq, boz bir səhra olacaq.
13
Rəbbin qəzəbi üzündənHeç kəs orada yaşamayacaq,Tamamilə viran olacaq.Hər keçən Babilin aldığıBütün yaraları görəndəHeyrət içində fit çalacaq.
14
Ey bütün kaman çəkənlər,Babilin ətrafında döyüş üçün düzülün.Oraya ox atın, oxunuzu əsirgəməyin.Çünki o, Rəbbə qarşı günah etdi.
15
Hər tərəfdən ona qarşı nərə çəkin,O təslim oldu,Qüllələri yıxıldı, divarları uçuldu.Çünki bu, Rəbbin qisasıdır.Ondan qisas alın,O nə etdisə, başına onu gətirin.
16
Babildə əkinçiləri məhv edin,Biçin vaxtı oraqçıları rədd edin.Zalımların qılıncı üzündənHər kəs öz xalqının yanına qayıtsın,Hamı öz ölkəsinə qaçsın.
17
İsrail dağılmış bir sürüyə bənzər,Onu aslanlar qaçırtdı.Onu əvvəl Aşşur padşahı yedi,Sonra Babil padşahı NavuxodonosorOnun sümüklərini qırdı».
18
Buna görə də İsrailin Allahı olanOrdular Rəbbi belə deyir:«Aşşur padşahını necə cəzalandırdımsa,Babil padşahı ilə ölkəsini dəEləcə cəzalandıracağam.
19
Lakin İsraili yenə öz otlağına gətirəcəyəm,O, Karmeldə və Başanda otlayacaq.Efrayim və Gilead dağlıq bölgələrindəİstədiyi qədər yeyib-doyacaq.
20
O gün, o zamanİsraildə təqsir axtarılacaq,Ancaq olmayacaq.Yəhudada da günah axtarılacaq,Ancaq tapılmayacaq.Çünki salamat qoyduğum adamları bağışlayacağam»Rəbb belə bəyan edir.
21
«Meratayim torpağına,Peqodda yaşayanlara hücum et.Onları təqib edib öldür,Bütünlüklə yox et»Rəbb belə bəyan edir.«Sənə nə buyururamsa, hamısını et.
22
Ölkədə müharibə və böyük qırğınGurultusu eşidilir.
23
Bütün dünyanın gürzüNecə də qırılıb parçalandı!Babil necə də millətlər arasındaViranə oldu!
24
Sənin üçün tələ qurdum, ey Babil,Sən də bilmədən tələmə düşdün.Tutulub yaxalandın,Çünki Rəbbə qarşı çıxdın.
25
Rəbb cəbbəxanasını açdı,Qəzəbinin silahlarını çıxartdı.Çünki Ordular Rəbbi XudavəndinXaldey ölkəsində edəcəyi bir iş var.
26
Hər yandan ona hücum edin,Anbarlarını açın,Mallarını qalaq-qalaq yığın.Onu tamamilə məhv edin,Ondan bir şey qalmasın.
27
Bütün buğalarını kəsin,Sallaqxanaya getsinlər.Vay onların halına!Çünki onların günü,Cəza vaxtı gəldi.
28
Allahımız Rəbbin qisasını,Onun məbədinin qisasınıSionda elan etmək üçünBabil ölkəsindən qaçıb qurtaranlarınSəsini eşidin!
29
Bütün oxçuları, kaman çəkənləriBabilə qarşı çağırın.Ətrafını mühasirəyə alın,Heç kəs qaçıb qurtara bilməsin.Ona işlərinə görə əvəz verin.O nə etdisə, başına onu gətirin.Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşıMəğrurluq etdi.
30
Buna görə də cavanlarıMeydanlarda həlak olacaq,O gün bütün döyüşçüləri susdurulacaq»Rəbb belə bəyan edir.
31
«Budur, Mən sənə qarşıyam, ey məğrur»Ordular Rəbbi Xudavənd belə bəyan edir.«Çünki sənin günün,Səni cəzalandıracağım vaxt gəldi.
32
Məğrur büdrəyib-yıxılacaq,Onu qaldıran olmayacaq,Şəhərlərinə od salacağam,Bütün ətrafda olanlarıYandırıb yox edəcək».
33
Ordular Rəbbi belə deyir:«Bütün İsrail xalqı da,Yəhuda xalqı da əziyyət çəkir.Onları əsir tutanlar möhkəm saxlayır,Buraxmaq istəmir.
34
Amma onların Satınalanı güclüdür,Onun adı Ordular Rəbbidir.Rəbb mütləq onların işinə baxacaq ki,Ölkəyə rahatlıq versin,Amma Babil sakinlərinə təşviş gətirsin».
35
Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin!Babildə yaşayanlara, Babil başçılarına,Müdriklərinə qarşı qılınc gəlsin!
36
Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin!Axmaqlıqları üzə çıxacaq.Döyüşçülərinə qarşı qılınc gəlsin!Onlar çaşqınlığa düşəcək.
37
Atlarına, döyüş arabalarına,Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin!Hamısı arvad kimi ürkək olacaq.Xəzinələrinə qarşı qılınc gəlsin!Onlar qarət ediləcək.
38
Sularına quraqlıq gəlsin!Onlar quruyacaq.Çünki Babil bütlər ölkəsidir,Onlar qorxunc bütlərlə dəli oldu.
39
Buna görə də orada vəhşi heyvanlar,Çaqqallar, bayquşlar yaşayacaq,Daha insan yaşamayacaq,Əbədi olaraq orada heç kəs sakin olmayacaq.
40
Sodomla Homorranı və ətrafındakı kəndləriAllah necə dağıtdısa,Orada kimsə yaşamayacaq,O yerdə bəşər oğlu sakin olmayacaq.
41
Budur, şimaldan bir ordu gəlir,Dünyanın uzaq yerlərindənBöyük bir millət və çoxlu padşahlarHərəkətə gəlir.
42
Onlar ox-kaman və nizə ilə silahlanmış,Qəddar və rəhmsizdir.Atların üstündə gələrkənSəsləri dəniz kimi gurlayır.Döyüşə hazır döyüşçülərÖnündə düzüləcək, ey Babil xalqı!
43
Babil padşahı onların xəbərini eşitdi,Əlləri yanına düşdü.Doğan qadın kimiOnu üzüntü və sancı bürüdü.
44
Budur, aslan İordan çayının kənarındakı sıx meşədənYaxşı sulanan otlağa qalxdığı kimiMən də Xaldeyliləri bir anda öz yurdundan qovacağam.Seçib ona rəhbər qoyacağım adam kimdir?Mənim kimisi varmı?Mənimlə dava edəcək,Mənim qabağımda duracaqBir çoban varmı?»
45
Buna görə də Rəbbin Babilə qarşı fikrini,Xaldey ölkəsinə qarşı məqsədini eşidin:«Sürünün ən kiçikləri də sürgün ediləcək,Xalqına görə otlaqlar səhraya çevriləcək.
46
“Babil süqut etdi” səsindən yer üzü titrəyəcək,Millətlər arasında onun fəryadı eşidiləcək».
← Chapter 49
Chapter 51 →