bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 62
Isaiah 62
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Salehliyi nur kimi saçanadək,Qurtuluşu məşəl tək yananadəkSion naminə susmayacağam,Yerusəlim naminə sakit durmayacağam.
2
Millətlər salehliyini,Bütün padşahlar əzəmətini görəcək.Rəbbin ağzı ilə deyəcəyi,Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.
3
Sən Rəbbin əlində gözəllik tacı,Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
4
Artıq sənə «atılmış»,Ölkənə «viranə qalmış» deməyəcəklər.Əvəzinə sənə «sevdiyim»,Ölkənə isə «ərli» deyiləcək.Çünki Rəbb səni sevəcək,Ölkən də ərli sayılacaq.
5
Bir gənc bakirə qızla evləndiyi kimiSəni Yaradan da səninlə evlənəcək.Bəy gəlindən zövq aldığı kimiAllahın da səndən zövq alacaq.
6
Ey Yerusəlim, divarlarının üstünəMən qarovulçular qoydum.Gecə-gündüz onlar susmayacaq.Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,
7
Rəbb Yerusəlimi bərpa edənədək,Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədəkOna rahatlıq verməyin!
8
Rəbb sağ əlini, güclü qolunuQaldırıb and içdi:«Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm,Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.
9
Taxılı yığan yeyəcək,Rəbbə həmdlər edəcək.Üzümü toplayan şərabınıMəbədimin həyətlərində içəcək».
10
Keçin, keçin şəhər darvazalarından,Xalq üçün yol hazırlayın!Tikin, yol salın,Daşları kənara atın,Xalqlar üçün bayraq qaldırın!
11
Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi:«Sion qızına deyin:“Budur, qurtuluşun gəlir,Rəbbin mükafatı onunladır,Ənamı önündədir”».
12
Sion xalqına«Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər.Sən, ey Yerusəlim,«Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan.
← Chapter 61
Chapter 63 →