bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 61
Isaiah 61
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Xudavənd Rəbbin Ruhu üzərimdədir,Çünki fəqirlərə müjdəni bildirmək üçünO məni məsh etdi.Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün,Əsirlərə azadlıq,Dustaqlara sərbəstlik elan etmək üçün,
2
Rəbbin lütf ilini,Allahımızın qisas gününü bəyan etmək üçün,Yaslıların hamısına təsəlli vermək üçün,
3
Sionda yas tutanları təmin etmək,Kül yerinə çələng,Yas yerinə sevinc gətirən məsh yağı,Kədərli ruh əvəzinəHəmd libasını bəxş etmək üçünRəbb məni göndərdi.Rəbbin şöhrətini aşkar etmək üçünOnlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
4
Onlar qədim dağıntıları inşa edəcək,Əvvəlki xarabalıqları bərpa edəcək,Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.
5
Yadellilər gəlib sürülərinizi otaracaq,Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək.
6
Sizsə Rəbbin kahinləri,Allahımızın xidmətçiləri adlanacaqsınız.Millətlərin sərvəti ilə bəslənəcəksiniz,Var-dövlətləri ilə fəxr edəcəksiniz.
7
Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf,Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz.İndi isə torpağınızda ikiqat mülk alacaqsınız,Sevinciniz əbədi olacaq.
8
Çünki Mən Rəbb ədaləti sevirəm.Soyğunçuluğa, haqsızlığa nifrət edirəm.Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm,Onlarla əbədi əhd kəsəcəyəm.
9
Nəsillərindən törəyənlər millətlər içində,Övladları xalqlar arasında tanınacaq.Onları görən hər kəs biləcək ki,Rəbb nəsillərinə xeyir-dua verdi.
10
Rəbdə böyük sevinc tapacağam,Allahımda ürəyim şadlıqdan coşacaq,Çünki çələnglə bəzənmiş bəy kimi,Bər-bəzək taxmış gəlin kimiMənə qurtuluş paltarı geyindirdi,Salehlik libası ilə bürüdü.
11
Torpaq zoğlarını necə cücərdirsə,Bağ əkilən toxumları necə yetişdirirsə,Xudavənd Rəbb də bütün millətlər qarşısındaSalehliyi və həmdi belə yetişdirəcək.
← Chapter 60
Chapter 62 →