bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 25
Isaiah 25
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, Sən mənim Allahımsan,Səni ucaldıram, adına həmdlər oxuyuram.Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətləriniSədaqətlə həyata keçirdin.
2
Çünki Sən şəhəri bir daş yığınına,İstehkamlı şəhəri xarabalığa döndərdin.O şəhər yadellilərin qalası idi,Ondan əsər-əlamət qalmadı,O bir daha bərpa olunmaz.
3
Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək.Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq.
4
Çünki Sən yoxsula sığınacaq,Sıxıntı içində olan fəqirə pənahgah,Fırtına vaxtı çardaq,İstilik vaxtı kölgəlik oldun.Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,
5
Quraqlıqda bürkü kimidir.Lakin Sən, ya Rəbb,Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın,Amansız yağıların nəğmə səslərini kəsdin.
6
Bu dağda Ordular Rəbbi bütün xalqlar üçünZəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək,Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq.
7
Bu dağda bütün xalqların üzərindəki duvağı,Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək.
8
Ölümü əbədi olaraq yox edəcək,Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək,Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək.Çünki Rəbb belə söylədi.
9
O gün deyəcəklər:«Budur bizim Allahımız!Ona etibar etdik, O bizi qurtardı,Rəbb Odur, biz Ona ümid etdik.İndi isə O bizi qurtardığına görəSevinib şadlanaq!»
10
Rəbbin əli bu dağın üstündə olacaq,Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.
11
Üzgüçü üzərkən əl-qol atdığı kimiMoav peyinlikdə əl-qol atacaq,Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq.
12
O, Moavın istehkamlarını,Yüksək divarlarını yerə endirəcək,Dağıdıb yerlə yeksan edəcək.
← Chapter 24
Chapter 26 →