bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 24
Isaiah 24
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək,Dünyanı alt-üst edəcək,Sakinlərini dağıdacaq.
2
Nə xalqla kahin arasında,Nə nökərlə ağası arasında,Nə qarabaşla xanımı arasında,Nə alıcı ilə satıcı arasında,Nə borc verənlə borc alan arasındaNə də sələmçi ilə borc alan arasındaHeç bir fərq qoyulmayacaq.
3
Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək.Çünki Rəbb bu sözü söylədi.
4
Dünya saralıb-solur,Yer üzü quruyub-solur.Dünyanın məğrur insanları məyus olur.
5
Dünyanı sakinləri murdar etdi,Çünki Allahın qanunlarını tapdaladı,Qaydalarına xor baxdı,Əbədi əhdi pozdu.
6
Bu səbəbə görəLənət yer üzünü məhv edir.Yer üzünün sakinləriGünahlarının cəzasını çəkir,Buna görə yanır,Çox az adam sağ qalacaq.
7
Təzə şərab qurtarır, meynələr solur,Nə vaxtsa fərəhlənən adamlar kədərlənir.
8
Dəflərin şən səsi kəsilib,Sevinc nidası eşidilmir,Liraların avazı gəlmir.
9
Bir daha nəğmə oxuyub şərab içmirlər,İçkinin dadı içənə acı gəlir.
10
Viran qalmış şəhər xaraba qalıb,Bütün evlər qıfıllanıb,Heç kim ora girə bilmir.
11
Şərab çatmamazlığına görə küçələrdə qışqırırlar,Fərəhdən əsər-əlamət qalmadı.Dünyanın sevinci əsir aparıldı.
12
Şəhər viranə qaldı,Darvazaları darmadağın oldu.
13
Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa,Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa,Dünyadakı xalqlar da elə olacaq.
14
Sağ qalanlar səslərini ucaldıbSevinc ilahiləri söyləyəcək,Qərbdə yaşayanlar Rəbbin əzəmətindən nəql edəcək.
15
Beləliklə, şərqdə yaşayanlar Rəbbi ucaldacaq,Uzaq diyarların sakinləri İsrailin Allahı Rəbbin adını yüksəldəcək.
16
Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik:«Saleh Olana izzət olsun!»Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma!Xainlər xainliklərini davam edir,Bəli, xainlər xaincəsinə hərəkət edir!»
17
Ey dünya sakinləri,Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq!
18
Dəhşətdən qaçan dərin çuxura düşəcək,Dərin çuxurdan çıxa bilən tələyə düşəcək.Göylərin pəncərələri açılacaq,Dünyanın təməlləri sarsılacaq.
19
Yer üzü çatlayacaq, çatlayacaq,Dünya yarılacaq, yarılacaq,Dünya lərzəyə gələcək, lərzəyə gələcək!
20
Dünya sərxoş kimi yırğalanacaq,Külək əsəndə talvar kimi silkələnəcək,Qanunsuzluğun ağırlığı altında yerə yatacaq,Bir daha qalxa bilməyəcək.
21
O gün Rəbb yuxarıda – göydəki orduları,Aşağıda – yer üzünün padşahlarını cəzalandıracaq.
22
Onlar yeraltı zindana dustaq kimi yığılacaq,Həbsxanada bağlı saxlanacaq,Uzun müddət keçəndən sonra cəzalanacaq.
23
Ay qaralacaq, günəş işıq saçmayacaq.Çünki Ordular Rəbbi Sion dağında,Yerusəlimdə hökm sürəcək.Xalqın başçıları Onun əzəmətini görəcək.
← Chapter 23
Chapter 25 →