bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 16
Isaiah 16
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Seladan səhra yolu ilə Sion dağına,Ölkənin hökmdarına quzular göndərin.
2
Moav qızları yuvalarından atılmış,Ora-bura uçan quşlara bənzəyir,Onlar Arnon çayının bərələrində dolaşır.
3
«Bizə öyüd ver, ədalət göstər,Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal,Sürgünləri saxla, qaçqınları təslim etmə.
4
Qoy Moavdan sürgün olanlarSəninlə birlikdə yaşasın,Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol».Qarət və qırğın qurtaranda,Ölkəni ayaqları altına salanlar yox olanda,
5
Məhəbbət üzərində taxt qurulacaq,Davud nəslindən bir nəfərSədaqətlə padşahlıq edəcək,Hökm edərkən ədaləti axtaracaq,Tezliklə salehliyi yerinə yetirəcək.
6
Moavlıların nə dərəcədəQürurlanıb lovğalandıqlarını,Nə cür təkəbbürlü olduqlarını eşitdik,Boş yerə öyünürlər.
7
Buna görə Moavlılar Moav üçün fəryad edəcək;Hamısı fəryad edəcək,Qir-Xaresetin kişmiş kökələriniYada salaraq inləyib kədərlənəcək.
8
Çünki Xeşbon tarlaları,Sivma tənəkləri qurudu.Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı,O budaqları ki Yazerə qədər uzanardı,Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.
9
Buna görə Yazer ağlaşması iləSivma tənəkləri üçün acı-acı ağlayıram.Ey Xeşbon və Elale,Çünki yay meyvələrinizin və biçininizin üzərinəDöyüş nərəsi düşdü.
10
Meyvə bağlarından sevinc və fərəh götürüldü,Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir.Üzümsıxanlardan şərab götürülməyəcək,Onların sevinc səslərini kəsdim.
11
Buna görə ürəyim Moav üçün lira kimi inləyir,Qəlbim Qir-Xareset üçün sızlayır.
12
Moav xalqı səcdəgahlarına çıxaraqBoş yerə özünü yorur,Dua etmək üçün Müqəddəs məkanına gedəcək,Amma hər şey boş-boşunadır!
13
Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur.
14
İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək».
← Chapter 15
Chapter 17 →