bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 15
Isaiah 15
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Moav barədə xəbərdarlıq:Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı,Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.
2
Buna görə Divon xalqı ağlamaq üçün məbədə,Səcdəgahlara çıxdı.Moav xalqı Nevo və Medva üçün fəryad edir.Yas tutmaq üçün hamı saçını kəsdi,Saqqalını qırxdı.
3
Çula bürünərək küçələrdə,Damlarda, meydanlarda hər kəs fəryad edir,Göz yaşları sel kimi axır.
4
Xeşbon və Elale fəryad edir,Səsləri Yahsaya qədər eşidilir.Buna görə Moav əsgərləri nalə çəkir,Ürəkləri qorxu içindədir.
5
Ürəyim Moav üçün kədərlənir,Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı.Luxit yoxuşundan ağlayaraq çıxırlar.Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.
6
Nimrim suları quruduğu üçün ot soldu,Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.
7
Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətiniSöyüdlər vadisindən keçirir.
8
Xalqın ağlaşması Moav torpağını bürüyür,Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır.
9
Çünki Dimon suları qanla doludur,Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm,Moavdan qaçıb-qurtulanların,Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.
← Chapter 14
Chapter 16 →