bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Zechariah 13
Zechariah 13
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir bulaq açılacaq.
2
O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi.
3
«Əgər kimsə yenə peyğəmbərlik etsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək: “Sən yaşaya bilməzsən, çünki Rəbbin adı ilə yalan söyləmisən”. Sonra isə peyğəmbərlik edəndə öz ata-anası onun bədənini deşəcək.
4
O gün hər peyğəmbər peyğəmbərlik edərkən ona nazil olan görüntüdən utanacaq. O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək.
5
O deyəcək: “Mən peyğəmbər deyiləm, əkinçiyəm. Cavanlığımda bir adam məni özünə qul etdi”.
6
O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım yaralardır” deyəcək.
7
Oyan, ey qılınc,Çobanımın, yaxınımın üstünə get»Bəyan edir Ordular Rəbbi.«Çobanı vur,Qoyunları pərən-pərən olsun.Mən də əlimi kiçiklərə qarşı qaldıracağam.
8
Bütün ölkədəXalqın üçdə ikisi vurulub-öldürüləcək,Üçdə biri isə sağ qalacaq»Bəyan edir Rəbb.
9
«Qalan üçdə birini oda salacağam,Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm.Qızılı yoxlayan kimi yoxlayacağam.Onlar Mənim adımı çağıracaq,Mən də onlara cavab verib“Bunlar Mənim xalqımdır” deyəcəyəm,Onlar da “Rəbb Allahımızdır” deyəcək.
← Chapter 12
Chapter 14 →