bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Revelation 5
Revelation 5
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi.
2
Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: «Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?»
3
Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı.
4
Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı.
5
Onda ağsaqqallardan biri mənə dedi: «Ağlama! Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib; buna görə də O, tumarı və onun yeddi möhürünü aça bilir».
6
Gördüm ki, taxtla dörd canlı məxluqun ortasında və ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kəsilmiş vəziyyətdə idi. Onun yeddi buynuzu və yeddi gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın yeddi ruhudur.
7
Quzu yaxınlaşıb taxtda Oturanın sağ əlindən tumarı götürdü.
8
O, tumarı götürdüyü zaman dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır.
9
Onlar yeni bir nəğmə oxuyaraq deyirdi:«Sən tumarı götürübOnun möhürlərini qırmağa layiqsən.Çünki Sən kəsildinVə hər tayfadan, dildən, xalqdan və millətdən olanlarıAllah üçün Öz qanın bahasına satın aldın.
10
Onları Allahımızla birgəPadşahlığa və kahinliyə şərik etdin;Onlar da yer üzünə padşahlıq edəcək».
11
Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim.
12
Onlar uca səslə deyirdi:«Kəsilmiş QuzuQüdrəti, sərvəti, hikməti, qüvvəti,Şərəfi, izzəti və alqışıAlmağa layiqdir».
13
Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim:«Taxtda Oturana və Quzuya əbədi olaraqAlqış, şərəf, izzət və qüdrət olsun!»
14
Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər.
← Chapter 4
Chapter 6 →