bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Revelation 15
Revelation 15
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı.
2
Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub.
3
Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir:«Ey Külli-İxtiyar Rəbb Allah,Sənin işlərin böyük və heyrətlidir.Ey millətlərin Padşahı,Sənin yolların ədalətli və həqiqidir.
4
Ya Rəbb, kim Səndən qorxmaz,Kim Sənin adını izzətləndirməz?Çünki yalnız Sən müqəddəssən.Bütün millətlər gəlibSənin önündə səcdə edəcək,Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».
5
Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı
6
və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı.
7
Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi.
8
Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.
← Chapter 14
Chapter 16 →