bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 90
Psalms 90
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Xudavənd, bütün nəsillərdən bəriBizə pənah yeri olmusan.
2
Dağlara təvəllüd verməmişdən əvvəl,Kainatı, dünyanı doğmazdan əvvəlƏzəldən axıradək Allah Sənsən.
3
İnsanları torpağa çevirirsən,Deyirsən: «Qoy bəşər övladları toza dönsün».
4
Sənin gözündə min il ötən bir günə,Bir gecə növbəsinə bənzər.
5
İnsanları silirsən, çəkilirlər,Elə bil ki yuxudurlar.Sanki sübh çağı yerdə bitən otdurlar,
6
Səhər boy atar, çiçək açar,Axşamsa solar, quruyar.
7
Qəzəbindən məhv oluruq,Hiddətindən vəlvələyə düşürük.
8
Hüzurunda təqsirlərimizi üzə çıxarmısan,Gizli günahlarımıza üzünün işığını salmısan.
9
Ömür-günümüz Sənin qəzəbin altında keçir,İllərimiz bir nəfəs tək tükənir.
10
Yetmiş il ömür sürərik,Sağlam olsaq, səksənə yetişərik.Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir,Ömrümüz tez bitir, uçub-gedir.
11
Axı qəzəbinin gücünü kim dərk edə bilər?Hirsinin vahiməsini kim duya bilər?
12
Bizə öyrət nə qədər ömrümüz var,Qoy qəlbimiz hikmətli olsun.
13
Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən?Sən qullarına rəhm et.
14
Səhər-səhər bizə doyunca məhəbbət göstər,Qoy ömrümüz boyu sevinib fərəhlənək.
15
Bizi zülmə saldığın günlər qədər,Bəlaya düşdüyümüz illər qədər sevindir.
16
Əməllərin qullarına,Əzəmətin övladlarına görünsün.
17
Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et,Əllərimizin zəhmətini uğurlu et,Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.
← Chapter 89
Chapter 91 →