bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 73
Psalms 73
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Doğrudan da, İsrail üçün,Ürəyitəmiz olanlar üçünAllah xeyirxahdır.
2
Amma mənim ayaqlarım az qala büdrəmişdi,Addımlarım məni yıxmışdı.
3
Pislərin firavanlığını görərkənBu məğrurlara həsəd aparırdım.
4
Ölənədək onların ağrıları yoxdur,Vücudları ətə-cana gəlib.
5
Onlar başqaları kimi dərdə düşməzlər,Əzab çəkməzlər.
6
Çünki təkəbbür onlar üçün boyunbağı kimidir,Zorakılıq libas kimi əyinlərini örtür.
7
Köklükdən gözləri dombalıb çıxır,Qəlblərinin pis məqsədləri aşıb-daşır.
8
Pis niyyətli sözləri ilə insanlara istehza edirlər,Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.
9
Ağızlarını göylərin əleyhinə açırlar,Dillərinin sözləri dünyanı gəzib-dolaşır.
10
Ona görə bütün xalq onların tərəfinə keçir,Sözlərini axıradək su kimi içir.
11
Deyirlər ki, Allah necə xəbər tutacaq?Haqq-Taala bundan necə xəbərdar olacaq?
12
Belədir pis adamlar,Daim arxayındırlar, var-dövlət artırırlar.
13
Məgər mən boş yerə qəlbimi təmizləmişdim,Günahsızlıq içində əllərimi yumuşdum?
14
Həmişə əziyyətə düşürəm,Hər səhər töhmətə rast gəlirəm.
15
Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim,Sənin övladlarına xəyanət edərdim.
16
Bunu anlamaq üçün düşünəndəÇətin bir iş kimi gözümə durdu.
17
Yalnız Allahın Müqəddəs məkanına girərkənOnların aqibətini dərk etdim.
18
Doğrudan da, onları sürüşkən yerə qoymusan,Onları məhvə yuvarlayırsan.
19
Onlar bir anda yox olacaqlar,Dəhşət içində itib-batacaqlar.
20
Yuxudan ayılanda röyalar unudular,Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq.
21
O vaxt könlüm zəhərlənmişdi,Qəlbim dəlik-deşik olmuşdu.
22
Necə axmaq idim, dərrakəm yox idi,Qarşında sanki bir heyvan idim.
23
Amma daim Səninlə olmuşam,Mənim sağ əlimdən tutmusan.
24
Nəsihətinlə mənə yol göstərirsən,Sonra məni şərəfə çatdıracaqsan.
25
Göylərdə Səndən başqa kimim var?Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
26
Cismim və ürəyim taqətdən düşsə belə,Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
27
Budur, Səndən uzaq düşənlər məhv olurlar,Sənə xəyanət edənləri yox edirsən.
28
Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır,Xudavənd Rəbbə pənah gətirmişəm,Ona görə bütün işlərini hamıya çatdıracağam!
← Chapter 72
Chapter 74 →