bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 71
Psalms 71
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, Sənə pənah gətirirəm,Heç vaxt məni xəcalətdə qoyma.
2
Məni ədalətinlə qurtar, xilas et,Qulağını mənə sarı döndər, məni azad et.
3
Mənə sığınacaq qaya ol,Qoy əmrinlə hər vaxt ora girib qurtulum.Çünki qayam da Sən, qalam da Sənsən.
4
Ey Allahım, şər insanın əlindən,Haqsızın, zalımın pəncəsindən məni qurtar.
5
Ey Xudavənd, Sən mənim ümidimsən,Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.
6
Doğulduğum gündən bəri dayağımsan,Məni ana bətnindən dünyaya gətirmisən,Həmişə Sənə həmd edirəm.
7
Çoxlarına qəribə bir şey oldum,Amma Sən mənim möhkəm sığınacağım oldun.
8
Sənə həmd etmək dilimdən düşməz,Daim Sənin izzətini düşünürəm.
9
Yaşa dolanda da məni rədd etmə,Taqətdən düşəndə də məni tərk etmə.
10
Mənim barəmdə düşmənlərim belə söyləyir,Məni öldürmək istəyənlər belə məsləhətləşir,
11
Deyirlər ki, Allah onu tərk edib,Gəlin onu təqib edərək tutaq,Çünki onu xilas edən yoxdur.
12
Ey Allah, məndən uzaq durma,Ey Allahım, dadıma tez çat!
13
Qoy məni ittiham edənlər utanıb məhv olsun,Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün.
14
Mənsə hər zaman Sənə ümid bağlayacağam,Sənə həmd oxuduqca oxuyacağam.
15
Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir,Onun ölçüsünü bilməsəm də.
16
Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm,Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.
17
Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən,Sənin xariqələrini indiyədək elan edirəm.
18
Yaşa dolub saçıma dən düşənə qədərGələcək nəslə qüvvətini,Gələcək nəslin hər birinə qüdrətiniElan edəcəyəm.Ey Allah, məni tərk etmə.
19
Ey Allah, salehliyin göylər qədər ucadır,Böyük işlər görmüsən!Ey Allah, Sənin kimisi varmı?
20
Sən mənə çoxlu ağır əzablar versən də,Yenə məni dirçəldirsən,Yerin dibindən yenə məni çıxarırsan,
21
Hörmətimi artırmaqlaMənə yenə əmniyyət verirsən.
22
Ey Allahım, sədaqətinə görəÇəng çalıb Sənə şükür edəcəyəm!Ey İsrailin Müqəddəsi,Səni lira ilə tərənnüm edəcəyəm!
23
Dilim, azadlıq verdiyin qəlbimMədh oxuyub Səni tərənnüm edəcək,
24
Dilim daim salehliyindən söyləyəcək,Çünki bədxahlarımın xəcalətdən üzləri qızarıb.
← Chapter 70
Chapter 72 →