bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 68
Psalms 68
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Allah qalxsın, qoy düşmənlər dağılsın,Ona nifrət edənlər qarşısından qaçsın,
2
Pislər çəkilən tüstü kimi dağılsın,Alovun qarşısında mum kimi ərisin.Qoy onlar Allahın qarşısında məhv olsun.
3
Salehlər sevinsin,Allahın hüzurunda fərəhindən coşsun,Sevinib şad olsun.
4
Allaha ilahi oxuyun, ismini tərənnüm edin,Buludlar üstünə minənə yol açın.İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
5
Öz müqəddəs məskənində olan AllahYetimlərin atası,Dul qadınların müdafiəçisidir.
6
Allah kimsəsizlərə ev qurur,Əsirləri firavanlığa çıxarır,Günahkarlar isə quru yurdda yaşayır.
7
Ey Allah, Sən xalqının önündə gedərkən,Çöllükdə yürüşə çıxarkən
8
Sina dağındakı Allahın qarşısında,Allahın, İsrailin Allahının hüzurundaYer lərzəyə gəldi, göydən yağış töküldü.
9
Ey Allah, yaxşıca yağışlar yağdırdın,Solan torpaqlarını canlandırdın.
10
Xalqın orada məskən saldı.Ey Allah, xeyirxahlığına görəMəzlumlar üçün oranı Sən hazırladın.
11
Xudavənd əmr edir,Bir alay qadınBelə müjdə paylayır:
12
«Düşmən orduları qaçır!Padşahları qaçır!Evdə olanlarTalan malını paylayırlar.
13
Siz ağıllar arasında yatandaQanadları gümüş kimi bərq vuran,Tükləri isə qızıl kimi parlayan,Göyərçinə oxşayırsınız».
14
Külli-İxtiyar padşahları elə dağıtdı ki,Elə bil Salmon dağına göydən qar tökülür.
15
Ey Başan dağı, Allahın dağı,Ey zirvələri çox olan Başan dağı!
16
Ey zirvələri çox olan dağlar,Allah məskən salmaq üçün seçdiyi dağaNiyə qibtə ilə baxırsınız?Bəli, Rəbb orada əbədi yaşar.
17
Allahın döyüş arabaları varMinlərlə, saysız-hesabsız.Xudavənd onlarla birgəSinadan müqəddəs məskəninə gəlib.
18
Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın,Əsir etdiyin düşmənləri Özünlə oraya apardın,Sən bütün insanlardan,Hətta üsyankarlardan da xərac aldın.
19
Xudavəndə,Bizi qurtaran Allaha –Hər gün qayğı yükümüzü çəkənə alqış olsun!
20
Allahımız azad edən Allahdır,Ölümdən qurtaran Xudavənd Rəbdir.
21
Allah düşmənlərin kəlləsini,Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
22
Xudavənd belə dedi:«Onları Başandan geri qaytaracağam,Dənizin dibində olsalar belə,Oradan geri qaytaracağam.
23
Qoy ayaqların düşmənlərin qanına batsın,Bundan itlərinin dilləri də pay alıb yalasın».
24
Ey Allah, indi burada o zəfər yürüşün,Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
25
Öndə ilahi oxuyanlar,Arxalarından isə çalğıçılar,Aralarında dəfçalan qızlar gəlir.
26
Ey İsrailin belindən gələnlər, cəmiyyət içindəAllahınız Rəbbə alqış edin.
27
Qabaqda kiçik Binyamin qəbiləsi gedir,Ardınca çoxlu Yəhuda başçıları,Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir.
28
Ey Allah, qüdrətini,Bizim üçün işlətdiyin qüvvətini göstər.
29
Yerusəlimdəki məbədinə görəSənə padşahlar xərac gətirir.
30
Qamışlıqda yaşayan heyvanları,Xalqların danaları ilə buğa sürüsünü tənbeh et.Bu gümüşpərəstləri təpiyinin altına sal,Davakar xalqları pərən-pərən et.
31
Misirdən Allahın hüzuruna elçilər gələcək,Kuşlular da Ona əl açacaqlar.
32
Ey dünya ölkələri,Allaha ilahi söyləyin.Xudavəndi tərənnüm edin,
33
Göylərin, ulu göylərin üstünə minəni,Güclü səslə gurlayanı dinləyin,
34
Allahın qüdrətini bəyan edin,Əzəməti İsrail üzərindədir,Onun qüdrəti göylərdədir!
35
Müqəddəs məkanında olan ey Allah, zəhmlisən!İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir.Allaha alqış olsun!
← Chapter 67
Chapter 69 →