bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 56
Psalms 56
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəhm et mənə, ey Allah,İnsanlar sel kimi üstümə cumur,Gün boyu döyüşərək məni sıxışdırırlar.
2
Gün boyu düşmənlərim sel kimi üstümə cumur,Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur.
3
Bu dəhşətli gündəMən yalnız Sənə güvənirəm.
4
Vədinə görə Allaha həmd edirəm,Mən Allaha güvənirəm, qorxmuram;Fani insan mənə nə edə bilər?
5
Hər işimə onlar ziyan vururlar,Həmişə mənə qəsd-qərəz qururlar.
6
Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər,Pusqu qurub canımı almaq üçün gözləyirlər.
7
Günahlarına görə onları cəzalandır,Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et.
8
Dərdlərimi saydın,Göz yaşlarımı tuluğuna yığ.Bunlar Sənin kitabında yazılmayıbmı?
9
Mən Səni çağıranda düşmənlərim geri dönür,Bunu bilirəm, Allah mənim tərəfimdədir.
10
Vədinə görə həmd etdiyim Allaha,Vədinə görə həmd etdiyim Rəbbə,
11
Allaha güvənirəm və qorxmuram;Fani insan mənə nə edə bilər?
12
Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm,Sənə şükür qurbanı təqdim edəcəyəm.
13
Çünki canımı ölümdən qurtardın,Ayaqlarımı büdrəməyə qoymadın,Belə ki Allahın hüzurunda,Həyatın nurunda dolanım.
← Chapter 55
Chapter 57 →