bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 4
Psalms 4
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Səni çağıranda mənə cavab ver,Ey adil Allahım!Dara düşən zaman məni genişə çıxar,Mənə lütf edib duama qulaq as!
2
Ey insan övladları, nə vaxtadəkŞərəfimi rüsvayçılığa çevirəcəksiniz?Nə vaxtadək boş şeylərə meyl göstəribYalan axtaracaqsınız?
3
Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb;Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
4
Qorxub-titrəyin, günah etməyin,Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin.
5
Salehlik qurbanları kəsin,Rəbbə güvənin.
6
Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?»Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
7
Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çoxMənim qəlbimə sevinc verdin.
8
Arxayın yatıb yuxuya gedirəm,Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
← Chapter 3
Chapter 5 →