bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 38
Psalms 38
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,Hiddətlənib məni tənbeh eləmə.
2
Artıq Sənin oxların mənə saplanıb,Əllərin üstümə ağırlıq salıb.
3
Bədənimdə qəzəbindən sağ yer qalmadı,Günahıma görə sümüklərim də xəstəlik tapdı.
4
Çünki təqsirlərim başımdan aşır,Ağır yük tək onlara gücüm çatmır.
5
Ağılsızlığımın üzündənYaralarım iyrənc və irinlidir.
6
Mənim qəddim əyilib, ikiqat bükülmüşəm,Gün boyu yaslı gəzirəm.
7
Çünki belim qızdırmadan yandı,Bədənimdə sağ yer qalmadı.
8
Taqətim kəsildi, çox əzilmişəm,Ürəyimdəki iztiraba görə ah-zar edirəm.
9
Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır,Mənim iniltilərim Səndən gizli qalmır.
10
Ürəyim çırpınır, gücüm tükəndi,Gözlərimin nuru da söndü.
11
Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı,Qohumlarım məndən uzaqda qaldı.
12
Canımın qəsdinə duranlar mənə tələ qurur,Bədxahlarım ölümümdən danışır,Gün boyu mənim üçün hiylə qururlar.
13
Mən bir kar kimi eşitmirəm,Dilsiz-ağızsız bir lal kimiyəm.
14
Dilsiz-cavabsızBir lal-kar kimiyəm.
15
Ya Rəbb, ümidim Sənə qalıb,Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!
16
Dedim ki, qoy halıma sevinməsinlər,Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.
17
Mən yıxılmaq üzrəyəm,Daim əzabla üz-üzəyəm.
18
Təqsirlərimi etiraf edirəm,Günahlarım üçün nigarançılıq çəkirəm.
19
Düşmənlərim qüvvətlidir, hələ sağdır,Nahaq yerə mənə nifrət edənlər çoxdur.
20
Yaxşılığa yamanlıq edənlərYaxşılığa meyl etdiyimə görə əleyhimə durublar.
21
Ya Rəbb, məni tərk etmə!Ey Allahım, məndən uzaq dayanma!
22
Ey Xudavənd, tez imdadıma çat,Mənim xilaskarım Sənsən!
← Chapter 37
Chapter 39 →